Puan vermedi·320 syf.··
2025 65. kitabı
Nərmin Həsənli - "Xilaskar" Bu kitabı 2025-ci ildə oxumağıma baxmayaraq, fikirlərimi paylaşmaq bu günə qismət imiş. Belə bir əsəri ərsəyə gətirdiyi üçün yazıçıya və bu kitabı mənə hədiyyə edən İlkinə təşəkkür edirəm. Kitab Ayçiçək və Əsmər adlı iki gənc qızın köhnə fikirli ata, ana və nənənin təzyiqləri altında yaşadıqları çətinliklərlə başlayır. Bu iki bacı ailədə heç bir sevgi, xoş söz və valideyn qayğısı görmədən, ancaq əsəb və stres içində böyüyürlər. Qızların fikirlərinə zərrə qədər də hörmət edilməyən, tamamilə narsisist bir ailə mühiti var. Əsasən atanın dediklərinin mütləq olması, yoldaşından qorxan ananın susması və nənənin ortalığı daha da qızışdırması ilə böyüyən bu ailədaxili münaqişələr əsərin əsas mövzusunu təşkil edir. Bacılar isə bütün bu zülmün içində sadəcə mübarizə apararaq həyatda qalmağa çalışırlar. Məncə, hər bir oxucu kitabda özündən nəsə tapa bilər. Baş obrazın keçirdiyi hisslərin bir çoxu hamımıza tanışdır. Yazıçı tək bir həyatla sanki bir neçə fərqli həyata eyni anda toxunmağı bacarıb. Bu kitab bir çox ailələrə nümunə ola bilər. Mövzu həqiqətən həssas və dərindir. Çünki 21-ci əsrdə yaşamağımıza rəğmən, gəncləri anlamayan, hər şeyin ancaq öz istədikləri kimi olmasını tələb edən bu tip köhnə fikirli ailələr hələ də var. Və təəssüf ki, real həyatda da baş obrazlarımız kimi neçə-neçə gənc belə təzyiqlərin qurbanı olur. Məhz bu reallığa görə mövzu – kitab özünə çəkir, hətta bir çox yetişkin insanda nifrət və əsəb oyadır. Yazıçı həqiqətən çox gözəl bir yerə toxunub. Kitabın ilk 60-70 səhifəsi bəlkə də mövzuya giriş olduğu üçün mənə bir az sıxıcı gəldi. Amma həmin hissədən sonra hekayə birdən-birə elə bir yüksək tempə qalxır və elə sürət alır ki, sanki partlayış baş verir. Əsər oxucunu elə ağuşuna alır ki, kitabı əlindən yerə qoya bilmirsən.
XilaskarNərmin Həsənli · Qanun Nəşriyyatı · 20248 okunma
8/10
·320 syf.··
2026 15. kitabı
Ayçiçək həyatda hər cür çətinliklə qarşılaşır. Ancaq bu çətinliklərlə mübarizə aparanda yanında kimsə olmur. O hər zaman başın gələnlərdə özünü günahlandırır və bu səbəbdən insanlardan özünün təcrid etməyi seçir. Hətta bu,özünə intihar etməyə qədər aparır. Onu intiharın kənarından bir şey xilas edir,o da özünə başqalarının deyil, öz gözlərilə baxması. Biz həyatda saysız-hesabsız çətinliklərlə qarşılaşırıq. Bunların hər birində ətrafdakılar bizim həyatımıza müdaxilə edə ,öz rəylərini bildirə bilərlər. Biz onları dinləməli,ancaq öz bildiyimiz doğrularla hərəkət etməliyik. Sonunda Ayçiçəkdə bunu etdi. Öz istəklərinin,arzularının ardınca getdi. Həyat enişli-yoxuşlu yollardan ibarətdir. Bu həyatın qanunudur. Bu enişli-yoxuşlu yolları keçib,irəli doğru addımlamalıyıq. Bu çətinliklərlə üzləşməliyik.
Duygu ve Düşünce
XilaskarNərmin Həsənli · Qanun Nəşriyyatı · 20248 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
PİSLİK İNSANIN FİTRƏTİNDƏN GƏLİR?
9/10
·262 syf.··
Beğendi
·
2025 16. kitabı
·
4 günde okudu
·
Okunma: 06 Aralık 2025 20:31
İnsanın içindəki qaranlıq doğuşdanmı gəlir, yoxsa həyat bizi yavaş-yavaş canavarlaşdırır? Mən bu vaxta qədər bu suala tərəddüdsüz cavab verirdim: insan fitrətən safdır, gözəldir. Amma William Golding deyəsən biraz silkələdi məni, kitabı oxumağa başladığım gündən bu sualı düşünürəm. Elə məhz kitabda bu suala cavab verir… O özü 2 ci dünya müharibəsinin iştirakçısı olub və bir “ insanın” digərinə nələr edə biləcəyinin canlı şahidi olub. Və ən faciəlisi isə bu vəhilikləri oxumuş-həkim, müəllim, hüquqşünas insanların etməsi idi. ”İnsanlar pisliyi arının bal istehsal etdiyi qədər təbii şəkildə istehsal edir.” Elə sonrada düşüncələrini tökür bu kitaba Bir qrup 6-12 yaşlı uşaq tənha adaya düşür və bu adada sivilizasiyanın, qanunun, dəyərin olmaması zamanla onların içindəki gizli tərəfləri üzə çıxarır. Golding insanı nə tamamilə mələk, nə də tam şeytan kimi görür. O deyir ki, insanın daxilində həm yaxşılıq, həm də vəhşilik toxumu var. Və bu toxumun hans tərəfə cücərdiləcəyi özümüz, cəmiyyət, məktəb və ailəmiz tərfindən müəyyən edir. Amma kitabda vurğulamağa çalışdığı bu toxumu cücərdəndə zorla yox, dərin mənəvi tərbiyəyə əsaslanmaqdırmaq lazımdır. Sadəcə qaydalarla qarşısı kəsilmiş hər bir güc kimi əks təsir olmasın deyə Əks halda “atom dövrü uşaqları” öz böyüklərindən gördüklərini təkrar edir və fərqli nəticə vermirlər. Kitabda diqqətimi ən çox çəkən simvolizmləri idi : 1. Meşənin “yarası”: Kitabın ilk səhifələrində “meşənin yarası” ifadəsi tez-tez keçir. Uşaqlar adaya düşməzdən öncə ada saf, toxunulmamış idi. İnsan ayağı dəyən kimi hər şey pozulur. Sanki meşənin qəlbində yara açılır, sanki cənnətə zərbə vurulur. 2. Ralphın corabı məsələsi: Biz Ralp nümunəsində tez tez görürük ki, o gah corabını dizlərinə qədər çəkir başını qaldırıb meşəni İngiltərə kəndlərinə
Sineklerin TanrısıWilliam Golding · Türkiye İş Bankası Kültür Yayınları · 202597,5bin okunma
7/10
·144 syf.··
2025 32. kitabı
·
8 saatte okudu
·
Okunma: 19 Kasım 2025 15:58
Dəyərli yazıçımız Cəfər Cabbarlının daha öncə "Sevil" əsərini də oxumuşdum. Yazıçı hər iki əsərində dövrün düşüncələrini, qadınlara münasibət və cahilliyin həddini bizə çox gözəl çatdırır. "Almaz " pyesində baş obrazımız Almaz oxuduqdan sonra geri döndüyü kəndinin inkişafı üçün, qadınların haqlarını əldə etməsi daha doğrusu qadınlara insan kimi davranılması üçün mübarizə aparır. Ancaq bu mübarizə gözlədiyindən daha çətin olacaq. Məncə Almazın tələskənliyi, insanların haqqı, doğruları sadəcə onun nitqini dinləyərək qəbul edəcəklərini düşünməsi yanlış idi. Hər şeyi bir anda etməyə çalışması, onlara doğruları onların dili ilə izah etməməsi onu daha da çətinə salır. İlk görməli olduğu iş kəndlilərin çəkinməyəcəyi, qaçmayacağı yolla həll etməli idi. O isə kəndə döndükdən sonra dərhal hər şeyi, hər kəsi dəyişdirə biləcəyini düşünür. Bu səbəbdən də xilaskar kimi yox, zərər verən biri olaraq qəbul edilir. Əsərdə diqqətimi çəkən digər məqam isə insanların dini onlara sərf etdiyi kimi anlaması, oxumadan, anlamadan özü faydaları üçün istifadə etməsidir. Üzərindən illər keçsə belə, eyni hal bugün də yaşanır. Dini öz xeyrinə istifadə edən, ətrafa elə başa salan insanlar saymaq bitməz. Ən böyük təəssüf hissi elə burda yaşanır. Hələ də sadəcə dini yox, bir çox məsələləri araşdırmadan, bilmədən, sadəcə eşitdikləri ilə ya da özlərinə uyğun formada qəbul edən insanlar olduqca inkişaf etmiş sayılmarıq
1000Kitap
AlmazCafer Cabbarlı · Xan nəşriyyatı · 202522 okunma
9/10
·712 syf.··
Beğendi
·
2025 13. kitabı
Bu günə kimi bir çox ütopik və distopik dünya ilə tanış olmuşam. Tolkiendən başqa heç kəsin qurduğu dünya məni heyran etməmişdi. İndi isə tam fərqli bir şəxsiyyət kəşf etmişəm. Frank Herbert. Yazar, jurnalist, redaktor, fotoqraf, müəllim, sseanri müəllifi kimi fəaliyyət göstərmişdir. Eyni zamanda ekolojoi məsələlərlə, siyasi və beynəlxalq münasibətlərlə də maraqlanıb. Öyrəndiyi bütün sahələri romanına yansıda bilib. Xüsusəndə siyasət mövzusunu. O müxtəlif dövrlərdə Ərəb ölkələrnə səyahət etmişdir. Həmin ölkələrdə olarkən geniş araşdırma aparmışdır. Oranın ekologiyasını (Əsas səhra və oranın fauna və florasını), xalqlarını və mədəniyyətini öyrənmişdir. Öyrəndiklərini romanda usatlıqla obrazların, xalqların gözündən, dilindən yansıtmağı bacarmışdır. Dune 1965-ci ildə yazılsa da bu günkü insanın belə ağlına gəlməyəcək qurğudur. Kitabda çox maraqlı siyasi və dini gedişlər var. Xüsusən neft və Şərqdə din siyasətini yazar dərindən göstərib. Bədəviləri təmsil edən Fremenlərin din və dini lider üçün kor-koranə hər şeyi edə biləcəklərini çılpaqlığı ilə göstərib. Bir səhnə məndə dərin iz qoydu. Sığınacağa hücum edilir, qadınlar uşaqlarını diqqət dağıtmaları üçün düşmən əsgərlərinin üzərinə atır. Bunun kimi bir çox səhnələrlə dinin və xilaskar liderin necə təhlükəli silah olduğunu izah etməyə çalışır. Onun dili ilə desək: Din ilə siyasət eyni maşını sürürsə, əgər sürücü sağ olan müqəddəs şəxsdirsə qarşılarında heç nə dayana bilməz. Ümumi olaraq romanı bəyəndim. Əsərdəki tək mənfi şey təsvirlərin zəifliyiydi.
DuneFrank Herbert · İthaki Yayınları · 202115,7bin okunma
Puan vermedi·95 syf.··
2025 19. kitabı
"Ölmədən əvvəl ölənlər üçün kitab”        Sadıq Hidayət "Kor bayquş" İran ədəbiyyatının vəbası adlandırılır bu əsər. Görəsən , Freud bu əsəri oxusa idi, Yazarın düşüncələrinin , baş qəhrəmanının bu kafkaesk xarakterinin psixologiyasini necə dəyərləndirərdi. Kitabın adı belə çox ironik deyil sizcə...? Bayquş gecənin, hikmətin, gizlinlərin kənardan baxmağın simvoludur. Bu əsərdə isə bayquş kordur,  bir çoxları kimi... Bayquş gecə görür , bizim Bayquş isə kordur, öz daxili zülmətində hikməti görməyən insan kimi... Görürmüş kimi yaşayırıq, həqiqət nədir ?təbiki görmürük... Həyat özü başdan başa bir ironiya və paradoksdur onsuzda...   Xoşbəxtliyin genetikdirmi...? Yoxsa valideynlər gəzən ağacı, övladlar budaq-budaqmı gəzir...? Biz nə dərəcədə valideynlərimizin bədbəxt genetikasını üstümüzdən ata bilib, öz xoşbəxtliyimizi yaradıb, reallığımıza çevirə bilirik...? Sadiq Hidayətin qəhrəmanı 'araf'da idi, nə tam olaraq reallığa addım atdı , nə də xəyala... Bəlkədə elə bir çoxumuzda beləyik, sonuç olaraq ədəbiyyat real olana güzgü tutur Axx, sevgi bəşəriyyətin ən sirli hissi, həm zəhərli , həm xilaskar... Qəhrəmanımız kimi, bir çox insan üçün sevgini tapmaq həyata bağlanmaq yox, qaranlığa sürüklənməkdir... Qara sevda insanın  ruhunu, mənliyini "Bermud üçbucağı" kimi özünə çəkib, məhv edir... Bəzən isə sevgi həyatı dərk etməyin ən gözəl vasitəsidir... Sadıq Hidayət tənhalıq və mənasızlığı əzablı bir həqiqət kimi təqdim edir romanda. İnsan sosial varlıqdır, amma ən dərin mahiyyətdə kimsəsizdir... Sonsuz Kainatın boşluğunda yalnız "bir hissəcik" kimi var olmuşuq, başıboş, təsadüfi və heç kimə bağlı olmadan... Ax, nə çətindir bədəni yaşayıb, ruhu ölmək. Biz həqiqətən də yaşayırıq, ya sadəcə nəfəs alıb ölümü gözləyirik...? Sizdəmi "Kor bayquşun" rolunu ifa edirsiniz...? Ya korluqdan
Kör BaykuşSadık Hidayet · Yapı Kredi Yayınları · 202636,7bin okunma