Hesaba vursan, bəlkə də, uşaqlıqda məni Hitlerdən, Mussolinidən, Pol Potdan çox döyüblər. Hələ ətrafdakı uşaqlarla müqayisədə, Hacıbala Abutalıbov demişkən, inanın ki, ən az döyülən uşaqlardan biri mən idim. Ətrafdakı uşaqlarla müqayisədə mənim döyülməyim heç döyülmək sayılmazdı. İndi bilmirəm, vəziyyət necədir, bəndəniz uşaq olan vaxtlarda uşağı