Ürəyim yol çəkir bir közə dönüb,
Yollar da tərs kimi uzanıb, gülüm,
Yuxumdan hər gece ilxılar keçir,
Bilmirəm nə olub, haradan bilim?
Bele getsə, sınar quşların sasi,
Dənizin də səsi günbəgün batar,
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çatar.
Halima yanan gərək,
Səsin düşəndə yada,
Ötən günləri qoru,
Yaxşı bax, vermə bada,
Ayrılıq bir dənizmiş,
Sən uzaq, yaşıl ada...
Tez ol, xəbər yolla, görüm necəsən,
Gözlərin necədir, yerişin necə,
Yaman darıxmışam mən səndən ötrü,
Barı bir soraq ver, özün gəlincə.
Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə,
Xəzərin köksündən qalxan dumana,
Qarı şanı büküb, gətirrəm sənə...