İnsan ömrü 'niyə'lərlə başlamalı və 'mən bu dünyada hara aidəm'lərlə davam etməlidir. Vincent Van Gogh, kimilərinə görə həyatına istiqamət tapa bilməyən, kimilərinə görə pis bir övlad, kimilərinə görə isə zaman israfı olaraq tanınıla bilər. Lakin çox insandan fərqli olaraq onun bir məqsədi var idi. Həyatı bahasına reallaşsa belə. Vincent, nə insanların qəlblərindəki kədərin rəngini, nə çiyinlərindəki maddi mənəvi yükün rəngini, nə də cari dünyada tüğyan edən əzabların rəngini sevdi. Vincent sadəcə sarını sevdi, günəşi sevdi, günəbaxanları sevdi, sevgisini bizlərə çatdırmağı sevdi. Amma, təəssüf ki, dövrünün insanları onu sevə bilmədi. Teo xaric olmaqla.
'Overin qızmar günəşi buğda zəmilərinin arasında güclə seçilən qəbristanlığı yandırıb-yaxanda, Teo Vincentin gur günəbaxanlarının sərin kölgəsində sakitcə uyuyurdu.'