...kitabını götürdü, nişan qoyulmuş səhifəni açdı. "Dünyada düz yolla getmək üçün, - o oxudu, gərək axıradək özünü qurban verəsən. İnsanın məqsədi, ancaq xoşbəxt olmaqdan ibarət deyil, insan dünyaya yalnız vicdanlı olmaqdan ötrü gəlmir, o, bəşəriyyət üçün böyük bir şey açmalı, nəcib olmalı, insanların əksəriyyətinin keçirdiyi bayağı həyata üstün gəlməlidir".