Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Marc Levy

Marc LevyKeşke Gerçek Olsa yazarı
Yazar
8.2/10
1.867 Kişi
6,7bin
Okunma
405
Beğeni
19,6bin
Görüntülenme

En Yeni Marc Levy Sözleri ve Alıntıları

En Yeni Marc Levy sözleri ve alıntılarını, en yeni Marc Levy kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
insan öz uşaqlığını istədiyi qədər lənətləyə bilər, bütün uğursuzluq, zəiflik və qüsurlarında valideynlərini qınaya bilər, onları sərt həyat sınaqlarında təqsirli tuta bilər, lakin son nəticədə hər bir insan taleyinə özü cavabdehlik daşıyır və özü olmaq istədiyi adam olur.
Lakin gördüyün kimi, sən haqlı çıxdın: həyat taleyə, qismətə azacıq da olsa, inanan adamlara qəribə işarələr göndərir.
Reklam
... və həyatının geri qalanının qış mövsümündən ibarət olacağını düşünürsən. Ancaq sonra bahar gəlir. Çünki biz istəməsək də, bahar mövsümü həmişə gələcək..
Sayfa 270Kitabı okudu
Sizə həyatımızın hər gününü əhəmiyyətini anlayaraq, onu lazımi şəkildə keçirməli olduğunuz haqda bir yığın məsləhət verə bilərəm. Ancaq bunu etməyəcəm. Lakin yeganə həqiqət odur ki, heyran olma duyğunuzu qoruyub saxladığınız müddətcə, həyatınızın hər günü sizə gözəl görünəcək..
Sayfa 224Kitabı okudu
Bəzən birisinə qarşı hiss etdiklərini kəlmələrlə ifadə etmək çətin olur. Ancaq bir tək bilirsən ki, bu şəxs səni daha öncə getmədiyin yerlərə aparmağa qadirdir.
Sayfa 146Kitabı okudu
Əslində, həyatımızdakı ən böyük xoşbəxtliklər, bizə kiçik görünən anların içərisində gizlidir, Coş.
Sayfa 115Kitabı okudu
Reklam
Bəlkə, bəşəriyyətin yaşaması və inkişafı üçün lazım olan ən vacib şərt elə bizim ölümümüzdür?
Məncə, sən bu monoton həyatın divarlarını yıxmağa hazır deyilsənsə, bəlkə də bu xoşbəxt bir həyat istəmədiyin üçündür.
Yalnız axmaq adamlar heç bir zaman fikirlərini dəyişmirlər.
Sayfa 258 - Qanun Nəşriyyatı
Yaddaş — qəribə bir rəssamdır: o ən parlaq rəngləri və ən ifadəli siluetləri saxlayaraq, həyat boyalarını yeniləşdirir, tutqun çalarları isə hafizədən silib aparır.
Reklam
Müəyyən yaşa qədər insan başqasına olan məhəbbətindən məst olur, əslində isə bu, insanın özünün özünə olan sevgisidir.
Sayfa 157 - Qanun Nəşriyyatı
Axı qəlbin ən dərinliyində olan sirləri tanımadığın insana açmaq tanıdığın insana açmaqdan çox fərqlənir... Bu, sadəcə, bir dəqiqəlik zəiflikdir, onu tamamilə yad adama bölüşdüyün üçün, yaddaşdan asanlıqla silmək mümkündür.
“Dünya böyük, dostluq isə sonsuzdur!”
Sayfa 147 - Qanun Nəşriyyatı
Necə olmuşdu ki, həyatın sənə bu qədər amansızcasına yanaşmasına baxmayaraq, sən o uşaqlıq saflığını qoruyub saxlaya bilmişdin? Halbuki bizim adı çıxmış azadlıqlarımız bu saflığı içimizdə boğmuşdu.
Geri199
1.500 öğeden 1.486 ile 1.500 arasındakiler gösteriliyor.