Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məlik Cahan

Eynəkli Qız yazarı
Yazar
0.0/10
0 Kişi
14
Okunma
2
Beğeni
494
Görüntülenme

En Beğenilen Məlik Cahan İletileri

En Beğenilen Məlik Cahan iletilerini, en beğenilen Məlik Cahan okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
Başqa planetlərdə yaşayış varmı? Əlbəttə yox! Hardan olsun?! Başqa planetlərdə sən yoxsan.✨
Məlik Cahan
Məlik Cahan
Eşitdim ki, dünən məni soruşmusan Dostlarımdan. Sən nə əcəb? Səndən belə... Maraqlandın mənlə belə?! Soruşmusan ki, necəyəm, Mən necəyəm? Necə olum? Bildiyin kimi, belə də...
Məlik Cahan
Məlik Cahan
🤍
Eynəkli Qız
Eynəkli Qız
📖
Reklam
Kitabdan çox alıntı paylaşmaq istəmədim. İlk bir kitabdır ki, 1 ay ərzində hara getdimsə kitabı da özümlə apardım və hər gün eyni şeirləri təkrar-təkrar oxudum. Şeirlərin səni unutmayacaq, unutdurmayacaq Məlik Cahan. Ruhun şad olsun 🤍🌿
Məlik Cahan
Məlik Cahan
Eynəkli Qız
Eynəkli Qız
bəlkə də bu şəhərdə əsən bütün küləklər nə vaxtsa üzdüyümüz bir qadının nəfəsi🌬️
Məlik Cahan
Məlik Cahan
Sənin təsvirinçün sözlər yetərsiz, Bütün misralara sevgin rəng qatır. - Mənim sevdiyimin saçları əsmər. - Mənim sevdiyimin yanağı batır. İndi uzaqlardan yazıram sənə: - Səninçün darıxdım, səni özlədim. Bütün varlığımla sevdiyim qadın, Yenə gülümsəyir gözəl gözlərin? Bir anlıq baxışın bəs edir mənə, Gözlərin ruhumun Yer çəkimidir. Gəl yığ ürəyimin parçalarını, Qəlbim dağıdılmış pazzl kimidir.🌷
Məlik Cahan
Məlik Cahan
Səni bağışlayıram baharın gedişinə, payızın gəlişinə. Səni bağışlayıram bu yağışın səsinə, bu torpağın ətrinə. Səni bağışlayıram elə sənin xətrinə..
Məlik Cahan
Məlik Cahan
Reklam
Səndən sonra beləyəm mən...
Səndən sonra beləyəm mən Ömrüm-günüm qarmaşadı Bir quyunun içindəyəm Gələn-gedən bir daş atır.. Nə gücüm var, nə hünərim, Çıxdı getdi sevdiklərim.. Sən gedəli kirpiklərim Yanaqlarıma yaş atır.. Həsrətin yanğısı sərtdir, Dözmək olmur, qiyamətdir Yoxluğun elə bir dərddir Nə öldürür, nə yaşadır..
Məlik Cahan
Məlik Cahan
🖤
Eynəkli Qız
...Bax,dost kimi deyirəm, mən hamıdan qaçıram, sən də qaç,eynəkli qız. Zəmanəmiz korlanıb... Gözlərini dörd aç, dörd aç,eynəkli qız. Çox sevdiyim Məlik Cahan şeirlərindən 🤍
Məlik Cahan
Məlik Cahan
5 il.Allah rəhmət eləsin 🖤
26 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.