Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Musa es-Sadr

Musa es-SadrPeyğəmbərlərin Varisi Hüseyn yazarı
Yazar
8.0/10
7 Kişi
30
Okunma
12
Beğeni
1.207
Görüntülenme

En Beğenilen Musa es-Sadr Sözleri ve Alıntıları

En Beğenilen Musa es-Sadr sözleri ve alıntılarını, en beğenilen Musa es-Sadr kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Müsəlmanlar arasında incəsənət muzeylərə və ya xüsusi bir təbəqəyə məxsus olmamışdır. Daha dəqiq desək, onlar üçün incəsənət heç vaxt lüks həyat və dəbdəbəli yaşayışın göstəricisi olmayıb.
Ümmət böhranın, əxlaqi tənəzzülün, zülmkar rəhbər qarşısında əyilməyin və gümana bel bağlamağın son həddinə çatmışdı. Güclü bir təkana ehtiyaclı idi. Bu təkanı Hüseyn məhz öz fədakarlığı ilə həyata keçirdi. Bunun üçün ən münasib şəraiti seçdi və bu yolda mümkün olan ən səxavətli fədakarlığı göstərdi. Nə üçün? Sırf Allah üçün. Nə özü, nə nüfuzu, nə ailəsi, nə də şan-şöhrət üçün. Yalnız Allah üçün.
Reklam
“Haqq kiçik də olsa, haqdır, böyük olsa. Zülm kiçik də olsa, zülmdür, böyük də olsa. Səhv yolun başlanğıcı da səhvdir, sonu da – ikisi də eyni istiqamətə tərəfdir. Kiçik bir haqsızlıq boy atıb böyüyür; yetimin üzünə bir şillə vurmaq sonda Hüseyni öldürməklə başa çatır. Bir zərrə haram mala əl uzatmaq axırda o yerə gətirib çıxarır ki, Ömər bin Səd Rey əyalətinə hakim olmaq üçün Hüseyni öldürməyə razı olur.”
Müsəlmanlar arasında incəsənət muzeylərə və ya xüsusi bir təbəqəyə məxsus olmamışdır. Daha dəqiq desək, onlar üçün incəsənət heç vaxt lüks həyat və dəbdəbəli yaşayışın göstəricisi olmayıb.
...qələbə bizimlədir,lakin ölüm və şəhid olma bahasına...
Sayfa 24 - Parlaq İmzalarKitabı okudu
… Əgər biz sahib olduğumuz can və malı Allah yolunda, haqq yolunda, halal yolda, xidmət yolunda, quruculuq yolunda, dürüstlük, mədəniyyət, dirçəliş, başqalarının xeyri və qurtuluşu yolunda sərf etsək, bütün bunlar sonda nə ilə nəticələnəcək? Bunun nəticəsi dünya cənnətidir: “Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir”.
Reklam
Elmlə düşmənçilik edib, ondan qorxan imanlı şəxs öz dininə şübhəsi olduğunu və bu dinə iman gətirmədiyini qəbul etməlidir. Çünki həqiqətin üzə çıxacağından qorxmaq öz dininin həqiqətlə ziddiyyət təşkil etməsindən qorxmaq deməkdir. Əksinə, dərin və köklü iman isə elmi fəaliyyətə əhəmiyyət göstərib, buna daha da təkan verir.
Peyğəmbərlərin Varisi Hüseyn
Beyyətimizi yeniləmək üçün oxunan ziyarətnamədə deyilir: "Salam olsun Sənə, ey Allahın seçilmiş bəndəsi Adəmin varisi! Salam olsun Sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! Salam olsun Sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun Sənə, ey Allahın həmsöhbəti Musanın varisi! Salam olsun Sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun Sənə, ey Allahın sevimlisi Muhəmmədin (s) varisi!" Dediyimiz ilk salamdan başlayaraq biz İmam Hüseyn əleyhissəlamı Peyğəmbərlərin(ə) varisi hesab edirik. İmam Hüseyn əleyhissəlam nədə Onlara varislik edir? Peyğəmbərlikdə?! Əlbəttə, yox. İmam Hüseyn əleyhissəlam zülmə qarşı çıxmaqda, mübarizədə, rəhbərlikdə, şəhid edilməkdə və ölüm meydanında geri çəkilmədən sonuna qədər mübarizə aparmaqda Onlara varislik edir. İmam Hüseyn əleyhissəlamı Sələflərin varisi adlandırdığımız kimi, həm də xələflərin başçısı adlandırırıq. İmam Hüseyn əleyhissəlamı Peyğəmbərlərin (ə) varisi adlandırdığımız kimi, İmam Sadiq (ə), İmam Baqir(ə), İmam Rza (ə) da, eləcə də haqsızlıqla mübarizə aparan, bütün səyini və ömrünü haqqın müdafiəsi uğrunda sərf edən hər kəsidə İmam Hüseyn əleyhissəlamın varisi hesab edirik. Çünki, haqq və batil ilk gündən bir-biri ilə mübarizədədir...
parlaq imazlarKitabı okudu
Musa Sədr: İmam Hüseynin (ə) əsas 3 qrup düşməni var. Ən təhlükəli elə üçüncü qrup düşməndir. Bunlar İmamın (ə) hədəflərini təhrif etmək, Kərbəla hadisəsini anım mərasimi səviyyəsində dondurmaq, bunu hüzn və mərsiyələrlə məhdudlaşdırmaq niyyətindədirlər. Əslində ağlamaq hüznmüzü, intiqam hissimizi və haqsızlığa qarşı qəzəbimizi yeniləmək üçündür.
Reklam
Yaradılışı etibarilə onun(insan) üçün təyin olunmuş istiqamətdə hərəkət etmək, təkamülə doğru gedən yolda öz ixtiyarı ilə addım atmaq iqtidarındadır; yalnız Allaha tərif deməkdən ibarət olan yolda addımlamağa məhkum deyil.
Sayfa 30 - Parlaq İmzalarKitabı okudu
Yalnız İslamı qorumaq üçün...
Hüseyn sırf qiyam etmək marağından qiyam etmədi.O döyüşdü və öldürüldü,amma bunu müharibə və ölümə olan sevgisindən deyil, yalnız İslamı qorumaq üçün etdi...
Sayfa 22 - Parlaq İmzalarKitabı okudu
Zeynəb öz məşhur xütbəsini deyir. Bəlkə də bu mərasimlərdə həmin dəyərli xütbəni eşitmisiniz. Bu xütbənin bir yerində belə deyir: "Yezid, elə güman edirsən ki, yeri-göyü bizə daraltmaqla, bizi əsirlər kimi o şəhərdən-bu şəhərə aparmaqla sən Allah yanında hörmətli, biz isə zəlil, xar olduq?! Məgər Allahın bu sözünü unutmusan: "Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!"
Sayfa 168 - Parlaq İmzalarKitabı okudu
Tövbə, 111:
Qurani-kərim özü bu cənnəti izah edir: "Şübhəsiz ki, Rəbbinin məqamından qorxanları iki cənnət gözləyir!" Dünya və axirət cənnəti.
Sayfa 153 - Parlaq İmzalarKitabı okudu
Həzrət Peyğəmbər buyurur: "Hüseyn hidayət çırağı və qurtuluş gəmisidir".
Sayfa 97 - Parlaq İmzalarKitabı okudu
45 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.