Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Musa Yaqub

Musa YaqubPayıza baxıram yazarı
Yazar
9.1/10
13 Kişi
45
Okunma
17
Beğeni
3.492
Görüntülenme

Musa Yaqub Gönderileri

Musa Yaqub kitaplarını, Musa Yaqub sözleri ve alıntılarını, Musa Yaqub yazarlarını, Musa Yaqub yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əlçatmaz bilmişəm səni həmişə Sənin gül zirvənə əlim çatarmı? İsti baxışına, şirin ləhcənə Şeirim yetişərmi, dilim çatarmı? Bu kövrək sevdaya uyası olsam, Səni könlüm dolu duyası olsam, Yolunda bir ömür qoyası olsam Buna ömrüm yetər, ilim çatarmı?
Qapında əyilib suala döndüm, Bircə alacağım cavaba görə. Allahım heç sənə əzab verməsin Sən mənə verdiyin əzaba görə.
Reklam
İndi nazın böyük, ürəyin aram Eh, mən də səninçün belə qalmaram. Bir də görərsən ki, bir ərk yerin yox. Qalmısan neçə yad baxışın altda. Qəfil görəcəksən çətirin də yox, Əsirsən bir qərib yağışın altda Günəşdə üstünə kölgə salan yox, Tənhasan, amma heç yada salan yox. Sönüb səndən ötrü o isti ocaq, Onda biləcəksən mənim sevgimi. Biləcəksən, o da çox gec olacaq.
Kəsib ümidini büzüşüb yatar Sənin pəncərəndə mənim ürəyim.
Bəlkə gözləmirdik bu xoş görüşü. Yaman qəribədir dünyanın işi; Heç vaxt yollarında dayanmadığın Heç həndəvərində dolanmadığın Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur...
Götürüb əlinə qələm, dəftəri Mənim taleyimi yazan olarmı? Həsrətli illəri, dərdli illəri, Görəsən ömrümdən pozan olarmı?
Reklam
Mən külək olsaydım əsib qış, bahar Tək onun saçını oxşardım ancaq. Gəzib sorağında diyarbadiyar, Elə bu həvəslə yaşardım ancaq.
Mənim gözəl qızım, qəm çəkmə hədər, Hərənin bəxtində bir nöqsan olur. Mən elə bilirdim bütün kişilər Sənin atan kimi mehriban olur.
Doğrudan qəribə yaranmışıq biz, Palıdı ildırım vurur, dözürük, Amma bir çiçəyi dolu vuranda Bilmirəm neçinsə dözmür qəlbimiz. Qoruyub sevmişik zərif canları, Gözümüz o qədər gözə baxıb ki, İncə baxışlardan ilham almışıq. Gör zaman nə yerə gəlib çıxıb ki, Belə gözəlləri oda salmışıq.
Ölsəm də, qoynunda qoy ölüm ki mən Çürüyüm, bir ovuc torpağın artsın!
636 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.