Musa Yaqub

Payıza baxıram yazarı
Yazar
9.1/10
13 Kişi
45
Okunma
17
Beğeni
3.581
Görüntülenme

Musa Yaqub Gönderileri

Musa Yaqub kitaplarını, Musa Yaqub sözleri ve alıntılarını, Musa Yaqub yazarlarını, Musa Yaqub yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Arxada xəzəllər, danışın, Ey həşəm güllər, danışın – Cavab verin siz adama Payızdan yaza yol varmı? Mənim yolum yoxdur amma…
Sayfa 177Kitabı okudu
Payız durnam uçub getdin, Bir də dönüb gələrsənmi? Sən dönəndə mən olmasam, Ruhum ilə gülərsənmi?
Sayfa 155Kitabı okudu
Reklam
Sən adlı o xanım-xatını mənə, Vermədin öz şahlıq taxtını mənə. Qıymadın gül-çiçək vaxtını mənə, Qış olub üstümə niyə gəlmisən?..
Sayfa 307Kitabı okudu
386 syf.
·
Puan vermedi
·
Beğendi
·
5 saatte okudu
borcundan çıxmadım vətən, Ömür bahar deyil bir də qayıtsın. Ölsəm də qoynunda qoy ölüm ki mən, Çürüyüm, bir ovuc torpağın artsın. Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Musa Yaqubun növbəti kitabı bu misralarla başlayır. “Payıza baxıram” adlanan kitaba şairin əsasən son illərdə yazdığı şerlər daxil edilib. “Payıza baxıram”ın giriş hissəsində redaktorların Musa Yaqubun milli-mənəvi və bəşəri dəyərlərdən qaynaqlanan, geniş oxucu auditoriyası tərəfindən sevilən yaradıcılığının bir sıra aspektlərini analiz edən “Ümman sakitliyi” adlı ön sözləri verilib. İndiki əsl kitab boşluğunu layiqincə doldurmağa hesablanmış “Payıza baxıram” Musa Yaqub yaradıcılığının şirəsi saymaq olar. İnanmaq olar ki, kitab ölkə gənclərinin də əsl vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edəcəkdir.
Payıza baxıram
Payıza baxıramMusa Yaqub · Araz Nəşriyyatı · 201019 okunma
"PAYIZA BAXIRAM" Bu gün duyğum oyaq, düşüncəm oyaq, Bu gün çox arxayın, çox soyuqqanlı, Bir az dərdi-sərdən, qayğıdan uzaq Dayanıb beləcə payıza baxdım. Baxıram… Payızın nəyi olacaq?- Ələnən ələyi, Solan çiçəyi, Soyuyan torpağı Düşən yarpağı. Ayaqlar altında xəzəl o ki var, Tapdayır adamlar, keçir adamlar, Hə, bax, o gedəndi, o da gələndi… İki cavan baxır biri-birinə Bir də belə baxa bilməyəcəklər, Necə ki, mən durub baxıram indi.
Payızın hökmüylə əsdi bir külək, Bir yaşıl səltənət çovğuna düşdü. Ağaclar bir yaş da qocaldı demək, Bir yarpaq nəsli də qırğına düşdü.
Reklam
Geri163
637 öğeden 631 ile 637 arasındakiler gösteriliyor.