Bu qeydi kitabı oxumağımın üstündən xeyli keçəndən sonra yazıram. Lakin, xatırlayıram ki, kitabın sonuna doğru Paulun yaşayacağına ümid edirdim, xahiş edirdim "yox ölməsin" . Bəlkə də bu kitab insan təfəkkürünün məhsulu olsaydı o hələ də yaşayırdı, lakin gerçək həyatda o öldü. Gerçək həyatda bu qaçılmaz sondur və bunu da qeyd edim ki, nə vaxt olacağı əksəriyyətimizə məlum deyil . Lakin, biz elə yaşayırıq sanki nə vaxt öləcəyimiz bizə məlumdur, ona görə də bunun indi, bu gün, bu həftə, bu ay və bu il baş verməyəcəyindən çox əminik.