Roman gözəldi, amma kaş ki sonluğu belə üzücü bitməsəydi. Yusif obrazı çox daşqəlbli təsvir olunub, gözünün önündə böyüyən, evləndiyi sevimli qadınının ölümünə səbəb olub bu qədər soyuqqanlı davranmaq, onu basdırıb sonra həyatında yeni səhifə açmaq üçün başqa kəndə yollanması bir az absurddur. Sevmək bir kənara, yəni heç vicdanı sızlamadı? Belə asandırmı yeni həyata başlamaq? Üstəlik bu qədər böyük günah yüklü ikən?