Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seymur Baycan

Seymur BaycanHəyatımın Ən Xoşbəxt Günü yazarı
Yazar
4.5/10
14 Kişi
104
Okunma
15
Beğeni
2.725
Görüntülenme

Seymur Baycan Gönderileri

Seymur Baycan kitaplarını, Seymur Baycan sözleri ve alıntılarını, Seymur Baycan yazarlarını, Seymur Baycan yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
240 syf.
8/10 puan verdi
18,6 sm əsəri skelet - memuar janrındandır. Yazıçı bir çox tanınmış insana diss atır. Onlar içində Hafiz Hacıyev, Hüseynbala Mirələmov və s var. Mənə bəzi diss atmalar xoş gəldi. Yaxşıca ifşa edir bəzilərini. Seymur Baycanın gərçək obrazları Azərbaycanlılara qarşı xoş yanaşma göstərmir. Nofəl adlı obrazı deyir ki, "türk qoşunu səfərə çıxarkən təlxəklər, rəqqqasları, hoqqabazları və s burda qoyublar. Onlarında bir- birilə qaynaşmasından Azərbaycan milləti yaranmışdır". Müəllifin özüdə Azərbaycanlılara yuxarıdan aşağı baxır. Əsəri oxuyarkən Seymur mənə sevimli obrazlarımdan biri olan Holden Kolfidi xatırlatdı. Seymurda Holden kimi bir çox şeydən narazıdır. Əsərin bir yerində Seymurun özüdə Holdenin adını çəkir və onun vəziyyətinə oxşar bir vəziyyətdə olduğunu söyləyir. Türklər demişkən kitabda üçüncü səhifə hadisələrindən bəhs edilir. İsmayıllıda son zəng gününü qeyd edən tələbələr ehtiras gətirən həb atdığı colanı qızlara içirdib iyrənc əməllərini həyata keçirmişdir, barmek işçilərinin bıçaqlanmışdır, döyülmüşdüü və tikintidə işlədilən dəlilərdən biri qucağında uşaqla binadan tullanmışdır. "18,6 sm" əsərini ikinci dəfə oxudum. Seymurun nə seksist olması, nə də ki, Azərbaycanlılar haqqında müsbət düşünməməsi mənim onu bir müəllif kimi sevməyimə əngəl olmur. Düzdür bu əsərdə xoşuma gəlməyən məqamlarla rastlaşdım. Buna baxmayaraq zərrə qədər yazıçıya sevgim azalmadı. Hələdə onu görməkdən ötrü ürəyim gedir. Ya Seymur Azərbaycana gələcək ya da mən onu görmək üçün Gürcüstana səfər edəcəm.
18,6 sm
18,6 smSeymur Baycan · Qanun Nəşriyyatı · 202119 okunma
İşləyəndə heç kim görmür, amma içəndə hamı görür. Çətinlik çəkəndə heç kim görmür, dəlilik edəndə hamı görür.
Reklam
Müharibə sənin bir cür tanıdığın adamı başqa adama çevirir. Toylarda dava salanlar, sülh dövründə silah gəzdirənlər aradan çıxır, fağır kimi tanıdığın adamlar isə döyüşə girirlər.
Keşişlərin çoxu dələduzdur. Keşişlərin işi öz dələduzluqları ilə İsa peyğəmbərin adını ləkələməkdir. Mən Dostoyevskinin "Karamazov qardaşları" əsərini oxudum. Orada yazılanların hamısı düzdür. Əgər İsa peyğəmbər bir gün zühur etsə, İsa peyğəmbəri hamıdan əvvəl keşişlər daşa basacaq. Mən kilsədəki nəzir qutularına heç vaxt pul atmıram. Çünki həmin pullar kimsəsizlərə, yetimlərə, kasıblara verilmir. Keşişlər arasında bölüşdürülür. Ona görə bizim keşişlər kökdür. Hamısı bahalı maşınlarda gəzirlər. Ümumiyyətlə, mən kilsədəki nəzir qutularına pul atmağın əleyhinəyəm, tanışlarıma nəzir qutularına pul atmamağı təbliğ edirəm. Çünkü harada pul varsa orada tanrı yoxdur.
Mənasını anlamadığımız sözlər bəzən yaddaşımızda özünə mənasını anladığımız sözlərdən daha rahat yer tapır.
Elə adamlar var ki, onlar güya öz yataqlarından savayı başqa yerdə yata bilmirlər. Mən belə adamları başa düşmürəm. Açığı, "başqa yerdə yata bilmirəm" deyən adamlardan zəhləm gedir. Yəqin onlar həyatlarında bircə dəfə də olsun gecəni gözləmə zalında keçirməyiblər. Özü də Rusiyada.
Reklam
Ətrafdakı hər şey həyatda özünə yer tutmayan ac, işsiz-gücsüz adamlar üçün kədərli görkəm alır.
Rus yazıçıları təbiət təsviri xatirinə təbiət təsviri yazmayıblar. Onlar yazdıqları mənzərələri görüblər.
Nə qədər gec deyil, get burdan. Burada kitab-dəftər heç kimə lazım deyil. Get başqa yerə. Orada dahi, məşhur olmasan da, heç olmasa başqa cür ölmək mümkündür.
Fikirləşirəm ki, bədbəxtliyin iki əsas mənbəyi var: xəstəliklər və vicdan əzabı.
Reklam
İllərdir müxtəlif sülhməramlı konfranslarda, seminar və tədbirlərdə iştirak edirəm. Xalqlar dostluğu, sülh, müharibənin dəhşətləri haqqında söhbətlər məni bezdirmişdi. Deyəsən, xarici fondlar da pullarını boş yerə xərclədiklərini artıq anlamışdılar. Qafqazda sülhün olmayacağını duyan xaricilər belə tədbirlərə getdikcə daha az maraq göstərir, tədbirlər, konfranslar azalırdı.
Əgər adam yaxşılıq etmək istəsə, buna həmişə imkan tapa bilər.
410 syf.
10/10 puan verdi
·
Beğendi
Salamlar hamıya. İkinci dəfə oxuduğum "Quqark" kitabı avtobioqrafik romandır. Seymur həyatını iki hissəyə bölür: Quqarka qədər, Quqarkdan sonra. Quqarkın həyatında oynadığı rolu oxucuların yaxşı anlaması üçün Quqarka getməmişdən əvvəl hansı ovqatda olduğunu, necə yaşadığını yazır. Quqark Ermənistanın eyni adlı ərazisində yerləşən yay,
Quqark
QuqarkSeymur Baycan · Apostrof Nəşriyyatı · 201117 okunma
Taxta evin arxasında qoyun mələdi. Kişi ayağa qalxıb evin arxasına keçdi. Bir neçə dəqiqədən sonra buynuzundan tutduğu qoçla taxta evin arxasından çıxdı. Kişi qoçu iplə cavan ağaclardan birinə bağladı. Stula əyləşmədən stəkanlara çaxır süzdü. - Bu qoyuna ot vermək lazımdır. Deyəsən acdır - mən dedim. - Ac deyil. Axşam kəsəcəklər. Ovcuma duz töküb qoça yaxınlaşdım. Ağaca iplə bağlanmış qoç ovcumdakı duzu isti dili ilə yaladı...
Sayfa 145
- Evdə çaxır çoxdu. Nə qədər istəsək, içə bilərik. Onsuz da 2012 - ci ildə dünya dağılacaq. O vaxta qədər çoxlu içmək lazımdır. Kişi bu sözləri deyib masanın üstündə gəzişən bir qarışqanı sağ əlinin baş barmağı ilə qeyri - ixtiyarı götürüb ağzına atdı. Onun bu hərəkəti daxili gərginlikdən xəbər verirdi.
Sayfa 145
133 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.