Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yusif Səmədoğlu

Yusif SəmədoğluQətl Günü yazarı
Yazar
7.9/10
25 Kişi
112
Okunma
12
Beğeni
1.171
Görüntülenme

Yusif Səmədoğlu Sözleri ve Alıntıları

Yusif Səmədoğlu sözleri ve alıntılarını, Yusif Səmədoğlu kitap alıntılarını, Yusif Səmədoğlu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Herden ona ele gelirdi ki,Tanrinin gozleri gorur,ureyi duyur,amma qulaqlari eşitmir.Çunki qulaği eşitseydi dunya milyon-milyon belalardan canini qurtarardi
Tək mən deyiləm yuxulara inanan. Yəqin əksəriyyət inanır, amma söhbətdə-filanda özlərini elə göstərirlər ki, guya inanmırlar: yəni nə yuxu, nə röya - hamısı aydınca izah olunası məsələlərdir... Amma mən boynuma alıram ki, yuxulara əvvəllər də inanmırdım, indi də inanmıram, - hərçənd, etiraf etməliyəm, əvvəllər daha çox inanırdım - çünki əvvəllər ümidlərim də çox idi. Ümidlə yuxu isə Siam əkizləridir - biri öləndə o biri də yaşamır.
Reklam
Düz deyirlər ki, ən böyük təsəlli vaxtdır. Bəhramın ölümündən keçən beş ildə bütün qohum-əqrəbanın yarası sağalmış, dərdi-qəmi azalmışdı. Əri öləndən düz bir il sonra hətta Rüxsara da yas paltarını çıxarıb sandığa qoymuşdu. Beş ildə o, yalnız bir il ah-vay eləmişdi. Bəhramın yatdığı çarpayını qucaqlayıb ağlamış, ərinin yastığını iyləmişdi. Yalnız bircə il! Gülsabah arvadın dərdi ilbəil sanki daha da artırdı. Görünür "unutmaq", "yaddan çıxartmaq" kimi sözlər analara aid deyil.
" Doğrudan, insana xoşbəxt olmaqdan ötrü çox şey lazım deyilmiş: Bircə anlıq səadətin səhər yeli kimi ilıq təmasından başqa, görəsən insana nə lazımdır? Heç bir şey. "
Elçin atasını görməmişdi. O, beşikdə ikən atası ölmüşdü. Lakin “ölüm” məfhumunu, "yatmaq", yaxud "gəzmək" kimi adi məfhumlardan ayıra bilmirdi. Onun kimi hələ məktəbə getməyən yaşıdları atasını soruşanda Elçin adicə bir şeydən danışan təkin: - Atam ölüb, ruhu da göydədir, - deyirdi.
Reklam
Başqa çıxış yolu yoxdu: adamın alnına nə yazılıbsa, elə odur. Hərənin bu dünyada öz qisməti var. Qismətdən savayı bu dünyadan nə ummaq olar ki?
Sayfa 59 - PdfKitabı okudu
Fikirləşdi ki, bu zəmanədə heç bəndəyə "dərd görməmisən" demək olmaz, bu, ağ yalan olar. Hərənin çiynində dağ boyda dərdi var.
Sayfa 42 - PdfKitabı okudu
Mahmuda hərdən elə gəlirdi ki, Tanrının gözləri görür, ürəyi duyur, amma qulağı eşitmir. Çünki qulağı eşitsəydi, dünya milyon-milyon bəlalardan canını qurtarardı...
Sayfa 74 - QanunKitabı okudu
Dərd də, azar kimi gələndə batmanla gəlir, bacım!..
Reklam
Uşaqlara söylədiyimiz yalanlar...
Yenə göyə baxdı, orada sayrışan ulduzları saymağa başladı. Bir, iki, üç... Ona çatanda təzədən birdən başladı. Dörd dəfə on, on saydı. Sonra yenə başını yastıqdan qaldırıb pıçıldadı: - Nənə... - Ay nənə! - Hıım!.. - Nənə, göydə daha heç kəs olmur? - Gülsabah arvad nədənsə ah çəkdi və ani sükutdan sonra cavab verdi: - Olur. Adam öləndən sonra ruhu göydə uçur. Gülsabah arvadın bu sözlərindən sonra Elçinin bədəninə üşütmə gəldi. O, tez yorğanını çənəsinə qədər çəkdi, nənəsinin kürəyinə qısıldı. -Nənə, onda atamın da ruhu göydədir, hə? Gülsabah arvad cavab vermədi. Arxası üstə çevrilərək yorğanın altından Elçinin yumşaq əlini sıxdı və üzünü nəvəsinin saçlarına sürtdü: otaq işıq olsaydı, Elçin nənəsinin yaşarmış gözlərini və titrəyən quru dodaqlarını görərdi....
"Saat işləyir" hekayəsindənKitabı okudu
Əgər insan istədiyi vaxt tək qala bilsəydi, yəqin ömrünü uzadacaq o qədər şeylər eləyərdi ki..!.
Sayfa 131 - QanunKitabı okudu
Gündüzlər adam bilir ki, hələ gecəyə çox var, gecənin sirli, ağır və narahat hökmranlığına hələ çox qalıb, indi gündüzün qayğısızlığından doyunca istifadə edə bilərsən.
Ömrü boyu neçə dəfə sınamışdı: son ümidin, son xahişin harayını Tanrı hələ eşitməmişdi. Mahmuda hərdən elə gəlirdi ki, Tanrının gözləri görür, ürəyi duyur, amma qulağı eşitmir. Çünki qulağı eşitsəydi, dünya milyon-milyon bəlalardan canını qurtarardı.
"Və bir də hardasa gözləri açıq qalmış bir şairin, hardasa gün işığına çıxmış bir əlyazmasından yarımçıq bir misrasını, qara buludlar üzərində parıldaşan ulduzların gümüşü işığına qovuşdurdu: Əcəldən möhlət istədim, möhlətimi əsirgədi...:
Sayfa 176Kitabı okudu
222 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.