Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yusif Səmədoğlu

Yusif SəmədoğluQətl Günü yazarı
Yazar
7.9/10
25 Kişi
112
Okunma
12
Beğeni
1.172
Görüntülenme

Yusif Səmədoğlu Gönderileri

Yusif Səmədoğlu kitaplarını, Yusif Səmədoğlu sözleri ve alıntılarını, Yusif Səmədoğlu yazarlarını, Yusif Səmədoğlu yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"-Yolun haradır, qardaş? -Son mənzilədir, bacım."
Öz aramızdır, keçmişə qayıtmağı,təzədən yaşamağı kim arzulamır ki?..
Reklam
Keçmiş həmişə pusqudadir, fürsət düşən kimi tətiyi çəkir.
Ümidlə yuxu isə Siam əkizləridir biri öləndə, o biri də yaşamır.
272 syf.
·
Puan vermedi
Mütləq!
Yusif Səmədoğlunun bu əsəri möhtəşəm ədəbiyyat hadisəsidir. Deyərdim bəlkə də Azərbaycan ədəbiyyatındə ikinci bu formada, bu stildə bir roman yoxdur. 3 fərqli dövrü bir sujetə sığdırmağı təkcə Yusif Səmədoğlu bacara bilərdi. Bulqakovun "Master və Marqarita"sı ilə janr yaxınlığı əsəri daha möhtəşəm edir.
Qətl Günü
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014108 okunma
Reklam
Adamlar adamlıqdan çıxıblar, qulyabanı olublar!
Dərd də, azar kimi gələndə batmanla gəlir, bacım!..
Adamları bir-birinə bağlayan dərddir. Dərd uzun bir kəndirdi ki, dünyanın belinə toqqa kimi dolanıb, hamı bu kəndirdən yapışıb bir-birinə sarı gəlir...
İnsan gərək həmişə ümidin ətəyindən yapışsın, həmişə sabahı, gələcəyi düşünsün, dünənlə, keçmişlə yaşamaq adama baha oturur, çünki insanın ancaq bu günü və gələcəyi var, insanın keçmişi yoxdur: vaxt durmadan, nəfəsini dərmədən yalnız qabağa axır, insan isə özünü həmişə, hansı şəraitdə olursa olsun, sağlıqda da, xəstəlikdə də, ancaq zamanın birsəmtli axarına tabe etməlidir...
Sayfa 313Kitabı okudu
Reklam
Dərd uzun bir kəndirdi ki, dünyanın belinə toqqa kimi dolanıb, hamı bu kəndirdən yapışıb bir-birinə sarı gəlir...
Doğrudan, insana xoşbəxt olmaqdan ötrü çox şey lazım deyilmiş: bircə anlıq səadətin səhər yeli kimi ilıq təmasından başqa görəsən, insana nə lazımdır? Heç bir şey. Ürək sıxan, qan qaraldan hadisələr isə bu səadətin işığında uzanıb qısalan kölgələrdən savayı bir şey deyil, gərək bu kölgələrə fikir verməyəsən, gərək onları vecinə almayasan, fikir versən, vecinə alsan, elə kölgənin özünə büdrəyib yıxıla bilərsən: badalaq vurmaqda kölgənin bu dünyada tayı-bərabəri yoxdur...
Sayfa 133Kitabı okudu
Tək mən deyiləm yuxulara inanan. Yəqin əksəriyyət inanır, amma söhbətdə-filanda özlərini elə göstərirlər ki, guya inanmırlar: yəni nə yuxu, nə röya - hamısı aydınca izah olunası məsələlərdir... Amma mən boynuma alıram ki, yuxulara əvvəllər də inanmırdım, indi də inanmıram, - hərçənd, etiraf etməliyəm, əvvəllər daha çox inanırdım - çünki əvvəllər ümidlərim də çox idi. Ümidlə yuxu isə Siam əkizləridir - biri öləndə o biri də yaşamır.
272 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Əsər dünya, insan, insan yaddaşı haqqındadır. Zaman dəyişir, əsrlər keçir, amma insanlar hələ də müharibə, güclərini göstərmək, zorakılıq arxasınca gedirlər. Yazıçı bu hadisələri müxtəlif dövrlərdə, daha dəqiq desək, üç əsrdə keçdiyi yolu göstərmişdir.
Qətl Günü
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014108 okunma
Adamları bir-birinə bağlayan dərddir.
Yusif Səmədoğlu
Yusif Səmədoğlu
235 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.