Məməlilərin əksəriyyəti ana bətnindən, sobadan çıxan saxsı qab kimi çıxar, onlara yenidən forma verməyə çalışmaq - onları zay etməklə, yaxud sındırmaqla nəticələnir. İnsanlar isə ana bətnindən, sobadan çıxan ərimiş şüşə kimi çıxarlar, onlara təəccüblü dərəcə istənilən formanı vermək mümkündür. Buna görə də bu gün uşaqlarımızı xristian və ya buddist, kapitalist və ya sosialist, müharibə tərəfdarı və ya sülhsevər kimi böyüdə bilirik.