Çox yaxın dostum olan Ə. artıq mənə fərqli gəlir((( Onun məni və mənim onu nə qədər çox istəməyimizə baxmayaraq, onun çox dəyişməsi və dəyişikliyin heç də yaxşı olmadığını görmək mənə sadəcə onunla bir masada oturarkən əzab verir. Hə elədi sadəcə bu fərqi mən masa arxasında əyləşdiyimizdə açıq-aşkar görə bilirəm. Bunun səbəbi onun işi və iş həyatındakı insanların ona təsiridir. Nə edəcəyimi bilmirəm ona sadəcə sevgi barədə köməklik edə bildim hansı ki, bir vaxtlar buna mənim çox ama çox ehtiyacım vardı. Axmaq bir düşüncəyə qapılmışdı. Sevgilisinin (həm də 6 illik) ona qarşı günahsız yerə yarğı və şiddətindən danışdı mənə. Gələcək qayğısı onun əsas düşüncəsi idi. O sadəcə düşünürdü ki, indi edirsə bir daha da edə bilər bu dəfə daha da şiddətli daha böyük qərəzdən dolayı. Əslində bu düşüncənin yanlış olmadığını hətta bunun baş verəcəyinə 99% əmin olduğumu dedim və əlavə etdim. Bul halın yaranmasının səbəbini özündə görməli olduğunu dedim.O yanlış etdikdə belə ‘‘görəsən onun yanlışını necə düzəldə bilərəm’’düşünsən. Hər şeyin yaxşıya doğru getdiyini addımbəaddım görəcəksən. Hər ikisi İtaliyada Təshil üçün vizanın təsdiqini gözləyirdi mənimlə olan söhbətin səhərisi bu barədə qərar bilinəcəkdi. Dostuma İmtina sevdiyinə isə Təsdiq gəlmişdi. Amma dediyimi edib barışmışdılar. Dostumla görüşdük mənə sən olmasa idin biz ayrılmışdıq dedi. Daha sonra İtaliyada xərclərin çoxluğundan dolayı sevdiyinin geri qayıdacağını dedi. Mən onun üçün mühüm olan bir şeyi etmişdim ona ‘’mənə bunu deyən olmamışdı’’ deyib dəfələrlə xatırlatdım. Təbii ki , Onu Sevirsən? sualına Hə… cavabı aldıqdan sonra.