Kitabda hadisələr adı heç bir xəritədə göstərilməyən Qugendon şəhərində cərəyan edir. Bu şəhərin insanları çox sakit, astagəl, "nəbzləri dəqiqədə 50, ən çoxu 52 dəfə vuran" insanlardır. Onlar heç vaxt özlərindən çıxmır, əsəbiləşmir, həyəcanlanmırlar. Bu əsrlərdir ki, belə davam edir. Lakin bir gün hər şey dəyişir. Bir neçə ildir ki, şəhərdə yaşayan Doktor Ox insanlar üzərində təcrübə aparmağa başlayır. Olanlar da bundan sonra olur...
Hər şeyin, hətta oksigenin də çoxunun zərər olduğu göstərilirdi kitabda. Nizami Gəncəvinin də dediyi kimi:
Bir inci saflığı varsa da, suda,
Artıq içiləndə dərd verir o da.
İllər əvvəl Jül Vernin bir neçə əsərini oxumuşdum. Hər biri bir-birindən maraqlı idi. Bu kitabını da çox bəyəndim