Marc Levi çox bəyəndiyim yazıçıdır və bu kitabla onun dəsti-xəttini daha da aydın və güclü şəkildə dərk etdim ki,yazıçı daha çox tibblə bağlı fantastik,ağla sığmayan ,amma həqiqətən də real ola biləcək,həmişə müzakirə mövzusu olan məsələləri işıqlandırır. Düzdür,bu kitabın ilk 200 səhifəsində heç bir düyün nöqtəsi yoxdur və monoton gəlir,lakin son 100 səhifəsi,bəlkə də ,mən bu yazara qarşı sentimental olduğum üçün məni təsirləndirdi,həmçinin kuliminasiya və düyünün açılmasın özündə birgə gətirdi. Sadəcə sona yaxın sanki bütün hadisələr toplusunu bir "bölümə" sığışdırılmış olması məni narahat etdi,amma belə də pis deyildi.