Agil

Agil
İmkan vermǝyin ki, ictimai işlǝr hǝyatınızın ǝsas hissǝsi olsun. İnkişaf edin, yaşayın.
Data scientist
Master
Bakü
14 Şubat
609 okur puanı
Ocak 2018 tarihinde katıldı
9/10
·216 syf.··
2022 18. kitabı
·
7 günde okudu
·
Okunma: 05 Haziran 2022 22:36
“Aşık özne bir yandan takmaksal biçimde neden sevilmediğini sorup dururken, bir yandan da sevilen nesnenin kendisini sevdiği, ama bunu söylemediği inancı içinde yaşar.” Bir Aşk Söyleminden Parçalar sevgiyə, sevən (sevilən) şəxsin ruh halına dair düşüncələri ustalıqla ələ alır. Barthes kitabda nəzəri, fəlsəfi, ədəbi təcrübələri birləşdirərək oxucuya xitab edir. Qısa başlıqlar şəklində fərqli mövzulara toxunulur, bu mövzulara dair fikirləri dilə gətirərkən də Goethe, Freud, Dostoyevski, Nietzsche, Sartre, Proust, Flaubert, Mann, Rousseau, Descartes və başqa ustad yazarın əsərlərindən, düşüncələrindən nümunələrə əsaslanır. Təkrar-təkrar oxunması gərəkən kitab olmasından əlavə, həm də ruh halına, hisslərə əsasən ayrı-ayrılıqda mövzular şəklində dəyərləndirilə bilər.
Deneme, İnceleme
Bir Aşk Söyleminden ParçalarRoland Barthes · Metis Yayınları · 2014388 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
9/10
·400 syf.··
2022 14. kitabı
·
13 günde okudu
·
Okunma: 11 Nisan 2022 21:43
“Koca şehirde yüzlercesi, bütün ülkede on binlercesi vardı ama seslerini duyacak kimse yoktu.” Həyatın içindən obrazları, hekayələri ilə həyatda daima mübarizə şəklində yaşayan hər kəsin özündən bir parça tapacağı roman. Romanda Amerikada baş verən sürətli inhisarlaşma prosesi, istismarın artması, böyük kütlələr halında torpaqlarından qopardılmış insanların işçi sinfinə çevrilməsi sırasında yaşanan tragediya, yoxluq və ağrı-acılardan bəhs olunur. Yaşadıqları torpaqlarda gələcək ümidlərini itirən və itirəcək bir şeyləri qalmayanlar böyük ümidlərlə başqa diyarlara yola çıxırlar. Chicagoda əlverişsiz şəraitdə işləyən minlərcə işçidən kimisi sevdiyi ilə evlənmək, kimisi bir ev sahibi olmaq, kimisi də xoşbəxt olmaq xəyalının ardınca köç etsə də, burada kapitalizmin ən çirkin üzü ilə qarşı-qarşıya gəlir və insanca həyat ehtiyacı ilə çıxılan bu yol böyük dramlara çevrilir. Romanın qəhrəmanı Jurgis içimizdən, güclü, qüvvətli, çörəyini daşdan çıxaracaq biridir. İş tapmaq, pul qazanmaq və özünə tapşırılanları yerinə yetirməkdən başqa bir şey düşünmür. Bütün fəlakətlərdən yorulmuş haldaykən isə həyatının seyrini dəyişdirən fikirlərlə tanış olur. Bundan sonra öyrəndikləri onu tamamilə dəyişdirir. Jurgisin ruhunu yenidən ayağa qaldıran o günlər eyni zamanda Amerikan işçi sinfinin də burjua sisteminin cəngindən özünü xilas etməyə çalışdığı günlərdir.
Edebiyat
Şikago MezbahalarıUpton Sinclair · Sel Yayıncılık · 20261,176 okunma
8/10
·400 syf.··
2022 13. kitabı
·
7 günde okudu
·
Okunma: 28 Mart 2022 20:45
“Biz kelebekleriz!” Diktatura rejimi təkcə insanları fiziki olaraq öldürmür, daha da qorxulusu sağ qalanların ruhlarını, ümidlərini, gələcəklərini də məhv edir. Buna görə də diktatora qarşı mübarizə aparmaq böyük cəsarət və fədakarlıqlar gərəkdirir. Roman Dominikanda hakimiyyətdə olmuş diktator Trujilloya qarşı mübarizə aparmış və sonunda qətl edilən (4-dən 3-nün) Mirabal bacılarının həyat hekayəsindən təsirlənərək yazılıb. O dövrdə yaşanan təzyiqləri, mübarizəni və bu mübarizənin içində yer alan sıradan insanları qəhrəman olmağa aparan həyatlarından bəhs olunur. Hadisələr hər biri bir bacının dilindən olmaqla ayrı-ayrı bölümlər halında danışılır. Mirabal bacılarının qətl edildiyi 25 noyabr tarixi Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
Edebiyat
Kelebekler ZamanıJulia Alvarez · Ayrıntı Yayınları · 2017684 okunma
9/10
·332 syf.··
2022 12. kitabı
·
8 günde okudu
·
Okunma: 16 Mart 2022 20:25
“Çünkü insan insana güven duymuyordu. Çokluk öyle görülüyordu ki, insan insanın en azılı düşmanıydı.” Savaşlar insanlıq tarixində həm maddi, həm də mənəvi anlamda böyük fəlakətlərə səbəb olur. Savaş insanlara həm ön cəbhədə, həm də arxa cəbhədə çox böyük şəkildə təsir edir, itkiləri də bərabərində gətirir. Savaşın gerisində qoyduğu mənzərələr insanların yaşadıqları fəlakətin maddi və mənəvi həcmini acı gerçəklərilə birlikdə gözlər önünə sərir. Borchert yaşadığı sistemin təzyiqlərinə boyun əyməmiş və heç bir halda şəxsi mənafeyinə xidmət edən bir düşüncə ilə hərəkət etməmişdir. Borchert mülki və hərbi həyatında göstərdiyi cəsarəti əsərlərində yaratdığı obrazlar üzərindən də əks etdirir. Kitab Borchert’in qısa ömrünə sığdırdığı savaşa qarşı hekayələrindən ibarətdir. Hər hekayədə ana fikir eyni olsa da, fərqli obrazlar və fərqli bənzətmələr üzərindən müxtəlif hisslərə və insanlara xitab edir. Nəticədə isə bütün insanlığa səsləniş kimi ümumiləşdirilə biləcək mətn ortaya çıxır. Bu çağırışa dünyanın dörd bir yanından qarşılıq gəlməsi ümidi az olsa da, Borchert son nəfəsində də savaşa “YOX” demişdi. Keçmişdə və hazırda yaşanan dəhşətlərə, həmçinin təhdid altında olan gələcəyə qarşılıq bizlər də savaşa “YOX” deməliyik.
Edebiyat
Ama Fareler Uyurlar GeceWolfgang Borchert · Doğan Kitap · 2003662 okunma
7/10
·92 syf.··
2022 10. kitabı
·
3 günde okudu
·
Okunma: 15 Şubat 2022 22:41
“İnsanların, sürekli mutlu olmaları gerektiğine inandırıldığı bir çağda yaşıyoruz. Gazeteler, kitaplar, ilan panoları, reklam spotları mutluluk üzerine söylenebilecek her şeyi tüketmiş halde... Mutlu olmak bir görev, ödev gibi algılanır oldu ve bu algı, tek başına, kişiler üstünde önemli bir stres kaynağı haline geldi. Adeta “mutluluk diktatörlüğü”nün tahakkümü altında yaşamaya başladık.” Kitabda xoşbəxtlik anlayışı suallar üzərindən ələ alınır. Yazarın düşüncəsinə görə duyğular bir-birinin əksi şəklində var olur, bədbəxtliyi görməyən insan xoşbəxtliyi də həqiqi şəkildə yaşamır. Müəllif xoşbəxtlik və bədbəxtlik barədə öz tərəfsizliyini qoruyub saxlayır, bütün duyğuları balanslı şəkildə yaşamaq lazım olduğunu, həyatda insana güc verən əsas şeyin xoşbəxtlik, ya da bədbəxtlikdən daha çox “məna” olduğu fikrini müdafiə edir. Schmid ömrün müəyyən hissləri axtararaq sərf edilməsinə qarşı çıxır və insanlara bununla vuruşmaq yerinə hər duyğudakı fərqli-fərqli təcrübəkəri kəşf etməyi tövsiyə edir: “İnsanlar tecrübeyle öğrenirler, tecrübenin de önemli bir kısmı kötü tecrübedir.”
İnsan ve Toplum
Mutsuz OlmakWilhelm Schmid · İletişim Yayınevi · 20206,3bin okunma