Nyu-York-da taksi sürücülərindən biri sosial şəbəkədəki hesabında belə yazıb:
"Ünvana gəlib siqnal verdim. Bir neçə dəqiqə gözlədikdən sonra yenidən siqnal verdim. Bu mənim son reysim olmalı idi deyə əvvəl getməyi düşündüm, amma sonra bunun əvəzinə maşını saxladım, qapıya tərəf gedib onu döydüm... "Bir dəqiqə gözləyin" - içəridən kövrək, yaşlı qadın səsi gəldi. Döşəmənin üstündə nəyinsə sürükləndiyini eşitdim.
Uzun fasilədən sonra qapı açıldı. Qarşımda 90 yaşlarında balacaboy bir qadın dayanmışdı. O, 1940-cı illərin filmindən gəlmiş kimi çit paltar və tül örtüyü olan şlyapa geymişdi. Yanında kiçik bir çamadan var idi. Mənzil elə görünürdü ki, sanki illərdir orada heç kim yaşamır. Bütün mebellər mələfə ilə örtülmüşdü. Nə divarlarda saat, nə də rəflərdə bəzəkli əşyalar və ya qab-qacaq yox idi. Küncdə fotoşəkillər və şüşə qablarla dolu karton qutu qoyulmuşdu.
"Mənə çantamı maşına daşımaqda kömək edərsinizmi?" deyə o soruşdu. Çamadanı maşına apardım, sonra qadına kömək etmək üçün geri qayıtdım. Əlimdən tutdu və biz yavaş-yavaş maşına tərəf getdik.
O, mənə xeyirxahlığıma görə təşəkkür etməyə davam etdi. "Elə bir şey deyil, sadəcə sərnişinlərimlə anamla rəftar edilməsini istədiyim kimi davranmağa çalışıram" - dedim
"Ah, sən çox yaxşı oğlansan" o dedi. Maşına minəndə o mənə ünvanı verdi və sonra soruşdu: "Şəhərin mərkəzindən keçə bilərsinizmi?"
"Bu, ən qısa yol deyil" deyə cavab verdim.
"Mən etiraz etmirəm" dedi. - “Mən tələsmirəm. Hospisə gedirəm”.
Mən arxa görünüş güzgüsünə baxdım. Gözləri parıldayırdı. "Ailəm çoxdan gedib," o, asta səslə davam etdi, "həkim deyir ki, çox az vaxtım qalıb."
Sakitcə əlimi uzadıb sayğacı söndürdüm.
"Hansı marşrutu seçmək istərdiniz?" - deyə soruşdum.
Növbəti iki saat ərzində biz şəhəri gəzdik. O mənə bir vaxtlar liftçi işlədiyi