Biz insanlar bir növ kimi yerdənkənar sivilizasiyalarla rabitə qurmaqda maraqlıyıq. Lakin əvvəlcə yerdəki sivilizasiyalarla, digər mədəniyyətlərə və dillərə mənsub insanlarla, insanabənzər meymunlarla, delfinlərlə, xüsusən də dərin suların ağıllı sahibləri olan nəhəng balinalarla dil tapmalı deyilikmi ? Zəkamız son zamanlarda bizə böyük güclər bağışladı. Amma özümüzü məhv etməkdən qaçmaq üçün kifayət qədər ağıllıyıqmı, bu bəlli deyil.