Biz insanlar bir növ kimi yerdənkənar sivilizasiyalarla rabitə qurmaqda maraqlıyıq. Lakin əvvəlcə yerdəki sivilizasiyalarla, digər mədəniyyətlərə və dillərə mənsub insanlarla, insanabənzər meymunlarla, delfinlərlə, xüsusən də dərin suların ağıllı sahibləri olan nəhəng balinalarla dil tapmalı deyilikmi ? Zəkamız son zamanlarda bizə böyük güclər bağışladı. Amma özümüzü məhv etməkdən qaçmaq üçün kifayət qədər ağıllıyıqmı, bu bəlli deyil.
Əsərin mövzusu mənə “Inception” filmini xatırlatdı. Fantastikaya yaxınlığı olsa da, yuxuların gücü ilə zamanda və məkanda, hətta astral səyahət etmək gerçəkliyi var. Yaşamın olmazsa olmazını təşkil edən yuxunun gücünün daha dərin öyrənilməsi diləyilə.