Abdulla Həsən

Abdulla Həsən
@Abdullahasan_
Öğretmen
Yüksek Öğretim
71 okur puanı
Ekim 2019 tarihinde katıldı
8/10
·208 syf.··
Beğendi
·
2025 15. kitabı
·
23 saatte okudu
·
Okunma: 26 Kasım 2025 12:32
Bəzən böyük faciələri anlamağın yeganə yolu onun qarşısında tam aciz və günahsız bir gözlə durmaqdır. John Boyne’da Holokostu tarix kitablarının soyuq dili ilə deyil, məsum bir uşağın təmiz gözü ilə göstərir və oxucunun vicdanını sarsıdır. “Zolaqlı Pijamalı Oğlan” mənə bir daha göstərdi ki, tarix təkcə rəqəmlərdən, faktlardan, uzun-uzadı izahlardan ibarət deyil. Bəzən bir uşaq səsi, bir uşaq baxışı, hətta bir uşaq sadəlövhlüyü tarixdə minlərlə kitabın edə bilmədiyi qədər təsir göstərir. Bruno və Şmuelin hekayəsini oxuyarkən tarixin ən qaranlıq dövrlərindən birini sanki yenidən yaşadım amma bu dəfə böyüklərin qəddar baxışları ilə yox, iki balaca uşağın təmiz ürəyindən keçən səmimiyyətlə. Bu kitabın ən ağrılı tərəfi odur ki, hər şey Brunonun heç nəyi anlamayan gözlərindən keçir. O, düşərgəni normal bir yer kimi görür, məhbus paltarını sadəcə “zolaqlı pijama” adlandırır, tikanlı məftili adi bir hasar kimi qəbul edir. Lakin oxucu olaraq mən hər cümlədə gerçəyin nə qədər dəhşətli olduğunu bilirəm. Bruno nə qədər anlamırsa, mən o qədər dərk edirəm. Bu ziddiyyət kitabı yalnız ədəbiyyat nümunəsi deyil, həm də vicdan sınağına çevirir. Holokostun vəhşiliyi Brunonun baxışında gizlənmir əksinə, daha aydın görünür. Çünki bir uşağın anlamadığı şeyləri böyüklər törədib. Bir uşağın sualları böyüklərin yaratdığı cavabsız faciələrə dəyəndə ağrı daha da artır. Bruno heç kimin düşməni deyil. O sadəcə dost axtarır. Bruno və Şmuelin dostluğu isə insanın ən böyük həqiqətini göstərir: insanlar düşmən doğulmur, onlar düşmən olmağa məcbur edilir. Kitabın sonluğu isə oxucunu tamamilə darmadağın edir. Bruno kamptakı uşaqlardan birinə qarışanda anladım ki, faciələr təkcə günahsızlara deyil, bəzən günahsızların sevdiklərinə də zərbə vurur.
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202050,5bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
İnsanları qılıncla yox inancla idarə etmək daha asandır.
8/10
·510 syf.··
Beğendi
·
2025 12. kitabı
·
10 saatte okudu
·
Okunma: 05 Kasım 2025 11:09
Vladimir BartolVladimir Bartol Fedailerin Kalesi AlamutFedailerin Kalesi Alamut Vladimir Bartolun “Alamut” romanı mənim üçün sadəcə bir tarixi əsər deyil, insan düşüncəsinin, inancın və azadlığın necə asanlıqla idarə oluna biləcəyini göstərən dərin bir fəlsəfi dərs idi. Kitabı oxuduqca bir tərəfdən orta əsr Şərqinin qaranlıq, sirli atmosferinə düşür, digər tərəfdən özümə suallar verirdim: insan nəyə inanmalıdır? Həqiqət varmı, yoxsa o da yaradılmış bir illüziyadır? Əsərin mərkəzində dayanan şəxs — Hasan Sabbah — mənim üçün həm bir dahidir, həm də ən təhlükəli zalım. O, Alamut qalasında silahla yox, sözlə, inancla, aldatma ilə imperiya qurur. Onun məqsədi insanın bədəninə deyil, zehni azadlığına sahib olmaqdır. Hasan Sabbah anlayır ki, bir insanın ağlına girdinsə, onun üzərində əbədi hakim ola bilərsən. İdeologiyanın gücü və azadlığın illüziyası Romanı oxuyarkən məni ən çox düşündürən cəhət Hasan Sabbahın qurduğu ideoloji sistem idi. O, insanın əlindən azadlığını alır, sonra ona “həqiqət” adı altında saxta azadlıq qaytarır. İnsan artıq düşünmür, sadəcə inanır. Bu, insanı itaətkar, amma xoşbəxt edir. Hasan Sabbah deyirdi: “Heç nə həqiqət deyil, hər şey icazəlidir.” Bu cümlə kitabın ürəyidir. Mənim üçün bu sözlər həm azadlığın, həm də məhvin simvoludur. Çünki əgər heç nə həqiqət deyilsə, deməli, yalan da həqiqət ola bilər. İnsan artıq öz vicdanına deyil, onu inandırana inanır. Bu prinsip üzərində qurulan hər ideologiya güclüdür, amma qorxuludur. Hasan Sabbah insanı azad etmir, əksinə, onun beynini elə idarə edir ki, o, əsarətini azadlıq sanır. Qadın və şərab – inancın silahları Bartol əsərdə qadın və şərabı təsadüfi seçmir. Hasan Sabbah bu iki gücü insanın ən dərin instinktlərinə toxunmaq üçün istifadə edir. O, gənc fidailəri qadınların qucağına, şərabın sərxoşluğuna salır, sonra onlara deyir ki, “bu cənnət idi — şəhid olsanız, yenidən
Fedailerin Kalesi AlamutVladimir Bartol · Koridor Yayıncılık · 201249,9bin okunma
Oblomov “Dəyişə bilməyənlərin hekayəsi”
9/10
·622 syf.··
Beğendi
·
2025 9. kitabı
·
1 saatte okudu
·
Okunma: 19 Temmuz 2025 19:40
İvan Gonçarovİvan Gonçarov OblomovOblomov İvan Qonçarovun “Oblomov” əsəri mənim üçün sadəcə bir roman deyildi. O, elə bil ki, ruhuma toxunan, məni yavaşca silkələyib düşündürən, içimdəki bəzi səsli-səssiz qorxuları üzə çıxaran bir güzgü oldu. Bəzən bir dost kimi, bəzən bir xəbərdarlıq kimi, bəzən də dərin bir kədər kimi yanımda dayandı. Oxuduqca gördüm ki, mən bu romanı oxumuram — mən bu romanın içinə düşürəm, orada bir kənarda dayanıb olanları izləyirəm, bəzən də özümü Oblomovun yerində hiss edirəm. İlya İliç Oblomov — adını deyəndə belə insanın içində bir yorğunluq, bir ağırlıq yaranır. O, nə qəhrəmandır, nə də anti-qəhrəman. O, sadəcə bir adamdır… Amma o qədər gerçək, o qədər içimizdən biridir ki, ondan soyumaq mümkün deyil. Bəlkə də çox müsbət xüsusiyyətləri yoxdur, bəlkə də insanı bəzən əsəbiləşdirir, bəzən “ayağa qalx da bir şey et artıq!” deyə qışqırmaq istəyirsən. Amma bir tərəfdən də onun uçuruma doğru sakitcə getdiyini görürsən və istər-istəməz əl uzatmaq istəyirsən. Oxuduqca onu itirdiyimi hiss etdim. Onu bir dost kimi geri çəkmək, oyatmaq, “dayan, həyat burda bitmir” demək keçdi içimdən. Amma onu xilas etmək mümkün deyildi. O, öz otağında, öz divanında, öz xəyallarında sakitcə yoxa çıxan bir insandı. Onun faciəsi tənbəllik deyildi. Onun faciəsi doğulduğu mühit, alışdığı rahatlıq və dəyişməkdən qorxmaq idi. Əsərdə məni ən çox kədərləndirən məqamlardan biri Olqa ilə bağlı idi. Olqa – güclü, aydın, sevən və dəyişmək istəyən bir qadındı. Oblomovu həqiqətən sevdi. Ona güvəndi. Hətta onun dəyişəcəyinə inandı. Amma sonda əlindən buraxdı. Onu dəyişdirmək istədi, amma bacarmadı. Məncə, Olqa bir az da tez vaz keçdi. Sevmək o qədər də asan bir şey deyil. Və əgər birini sevirsənsə, o sevgidən bu qədər tez əl çəkmək — mənim üçün anlaşılmaz qaldı. Olqa bir az daha dayana bilərdi sanki… Bir az daha
Oblomovİvan Gonçarov · Türkiye İş Bankası Kültür Yayınları · 202149,8bin okunma
Frankeştayn – Əbədi güzgü
9/10
·216 syf.··
Beğendi
·
2025 8. kitabı
·
4 günde okudu
·
Okunma: 10 Temmuz 2025 12:02
Mary ShelleyMary Shelley Əsl canavar kim idi? Tanrıya bənzəmək istəyən Viktor, yoxsa onun tərk etdiyi məxluq? Mary Shelley-nin yazdığı “Frankeştayn” sadəcə bir qorxu romanı deyil. Bu əsər həm elmi inkişafın doğura biləcəyi faciələri, həm insanlıq borcunu, həm də yaradıcı və yaradıcının bir-birinə qarşı məsuliyyətini ehtiva edən çoxqatlı bir fəlsəfi və ədəbi manifestdir. Romanı bitirdikdən sonra ən çox təsirləndiyim hissə, şübhəsiz, Elizabetin ölüm səhnəsi oldu. O an, sadəcə bir sevgi hekayəsinin sonu deyildi – Viktorun yaratdığı canlının ona qarşı olan cavabının qaranlıq zirvəsiydi. Yaradıb buraxmaq – Tanrılıq iddiası və məsuliyyət Viktor Frankeştayn bir varlıq yaradır. Lakin onu gördüyü an qorxur və ondan üz çevirir. Burada baş verən şey, öz əllərinlə dünyaya gətirdiyin bir şeyə “məsuliyyət almamaq” fəlakətidir. Mənə görə, heç bir yaradıcının yaratdığı şeyi üz üstə buraxmağa haqqı yoxdur. Əgər onu yaratdınsa, onun taleyinə də bir qədər cavabdehsən. Bu mənzərə, müasir dünyada süni intellekt texnologiyaları ilə qurduğumuz münasibətə çox bənzəyir. Biz indi də “canavarlar” yaradırıq: AI, robotlar, genetik klonlar, neyrotexnologiyalar və sair. Amma onların hüquqi, etik və emosional nəticələrini düşünmədən, bu varlıqlara hisslərdən məhrum “alətlər” kimi yanaşırıq. Frankeştayn bizə deyir ki, yaratdığın şeyin canı varsa – ürəyi də ola bilər. Canavar doğulmadı – Canavara çevrildi Frankeştaynın yaratdığı varlıq, ilk andan etibarən pis biri deyildi. O, öyrənmək, ünsiyyət qurmaq, sevilmək istəyirdi. İnsanlar onu görünüşünə görə rədd etdikcə, o da qəzəbə, nifrətə və intiqama çevrildi. Bu mənzərə, cəmiyyətin “fərqlilərə” qarşı rəddedici davranışının dəhşətli nəticələrini göstərir. Əgər sən kimisə kənarlaşdırırsansa, onu “canavarlaşdırırsan”. Bu, sanki günümüzdə sosial mediada və real həyatda
Frankenşteyn və ya Müasir PrometeyMary Shelley · Teas Press · 202521,7bin okunma
Müharibənin səsini susqun bir uşaq danışır…
9/10
·336 syf.··
Beğendi
·
2025 7. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Temmuz 2025 11:15
Çox ağır bir kitabı oxudum bitirdim. Bu kitab niyə bu qədər ağır idi? Yazıçıdan başlasaq: Jerzy Koşinski mənim üçün sadəcə bir yazıçı deyil, susqunluğun necə hayqırtıya çevrilə biləcəyini sübut edən bir insandır. O, özü nə qədər inkar etsədə, “Boyalı Quş”dakı uşaqla eyniləşdirməsə də, mən inanıram ki, bu uşaq Koşinskinin danışmağa cəsarət etmədiyi iç səsinin bir parçası idi. O yazarkən bir şeyi inkar edirdi, amma hər cümləsi başqa bir həqiqəti bağırırdı. Mənim üçün Koşinski – daxilən dağılmış, amma xaricə səs verən bir aynadır. Onu oxumaq rahat deyil, çünki sənə toxunur. Amma məhz bu toxunuş insanı dəyişdirir. “Boyalı Quş” əsəri təkcə bir uşağın yox, insanlığın qırılma nöqtələrinin romanıdır. Bu kitabı oxuyarkən anladım ki, müharibələr yalnız şəhərləri, ölkələri, sərhədləri dağıtmır — insan ruhunu, uşaqlığı, sevgi duyğusunu və səssiz ümidləri də məhv edir. Baş qəhrəman – adı belə olmayan bir uşaq Kitab boyunca qəhrəmanın adı heç çəkilmir. Bu, tək bir uşağın yox, müharibə zamanı tək qalan milyonlarla uşağın ümumiləşdirilmiş simvoludur. O danışmır çünki dünya onu susmağa məcbur edib. Onun üçün dillər, dinlər, ideologiyalar yox yalnız yaşamaq instinkti var. Məni ən çox sarsıdan hissə, müharibə bitəndən sonra valideynlərinin onu tapması idi. Amma o uşaq artıq onları tanımırdı. Ana və ata anlayışı ölmüşdü, yerinə qorxunun, şübhənin və öyrəşdiyi soyğunçu dünyasının sərt siması gəlmişdi. O, valideynlərini deyil, SSRİ əsgərlərini seçdi. Bu seçim bir uşağın yalnız ailəsindən yox, insanlıqdan da soyuduğunu göstərirdi. “Boyalı quş” obrazı, sürüdən fərqli olduğu üçün öldürülən quş, elə qəhrəmanın ta özüdür. Bu kitab mənə göstərdi ki, fərqli olmaq təkcə xarici görünüş deyil — düşüncə, dil, kimlik də fərqlilik yaradır. Amma müharibə fərqliliyə qarşı qəddar və vəhşi olur. Hər
Boyalı QuşJerzy Kosinski · Teas Press Nəşriyyatı · 20205,5bin okunma