- Həyatın özü əzabın bir formasıdır. Varlılar varlı olduqları üçün, kasıblar kasıb olduqları üçün, ailəsi olmayanlar ailəsi olmadıqları üçün, dünya zövqlərinə meyil edənlər bu zövqləri üçün, pəhriz edənlər də tutduqları oruc üçün əzab çəkirlər. Əziyyət və itki qaçınılmazdır, bunlara qarşı çıxmaqdan çəkinməliyik.
- Nə qədər çox əmin olmaq istəsən, bir o qədər etibarsız və şübhəli hiss edirsən. Bunun əksi də doğrudur. Əmin olmamağı və bilməməyi qəbul etdikcə, bilmədiyinizi bilməklə özünüzü daha rahat hiss edəcəksiniz. Əmin olmamaq başqalarına qarşı mühakimələrimizi aradan qaldırır.
- Hər şeyi bildiyini zənn edən heç bir şey öyrənə bilməz. Öyrənə bilməyimiz üçün ilk olaraq biz həmin şeyi bilməməliyik. Bilmədiyimi özümüzə etiraf etdikcə, öyrənmək üçün daha çox imkanlarımız olacaq.
- Parkinson qanunu: İş tamamlanmaq üçün mövcud olan bütün vaxtı almaq üçün böyüyər.
- Mörfi qanunu: səhv gedə biləcək hər şey səhv gedər.
- Mansonun qaçma qanunu: Bir şey şəxsiyyətinizi nə qədər hədələyirsə, bir o qədər ondan qaçırsınız. Yəni, bir şey sizin özünüzə baxış tərzinizi dəyişdirməklə nə qədər çox təhdid edirsə, nə qədər uğurlu və ya uğursuz olduğunuzaa inanırsınızsa, nə qədər dəyərlərinizə uyğun yaşayırsınızsa, bir o qədər bundan qaçmaq və etməmək üçün əlinizdən gələni edəcəksiniz.
- Komfort zonanınızı tərk edib yaxşı yerə getmək mümkün olsa belə təbiətcə bu qorxuducudur. Bəzən insanlar uğurdan çox qorxarlar, səbəbi uğursuzluqdan qorxmaq ilə eynidir. Nə olduqlarına inandıqları şəxsiyyətlərini hədələmiş olar. Misal: həyat yoldaşınızla yataq otağında etmək istəyəcəyiniz fantaziyalardan qorxarsınız çünki bu sizin əxlaqi və mənəvi kimliyinizi şübhə altına alar.
- Bütün dünyanın sizə qarşı olduğunu düşünürsünüzsə, böyük ehtimalla sizə qarşı olan elə özünüzsünüzdür.