Aleksandr Dümanın Üç müşketyor əsəri 17 ci əsrdə gedən hadisələrdən bəhs edir.
Əsər 4 yaxın dost , Atos, Partos, Aramis və D’Artanyanın müşketyorluğundan bəhs edir. D’Artanyanın baş obraz olmasına baxmayaraq əsərin adı digər 3 dostun (Atos,Partos,Aramis) adına uyğun seçilmişdir, hansı ki, D’Artanyan bu dostluğa sonradan qoşulmuşdur.
D’Artaynan atasının vəsiyyəti ilə Kralın müşketyorlar dəstəsinə qoşulmaq üçün Parisə gəlir və elə hadisələr də bundan sonra başlayır. Fərqli fərqli xarakterə sahib insanlar olmasına baxmayaraq bir birinin səhvlərinə görə hər zaman cavab verməyə hazır olan, ” Hamımız birimiz, birimiz hamımız üçün” devizi ilə yaşayan dostların bir birinə bağlılığı insanın könlünü oxşayır.
Əsərin bu qədər axıcı bir dil ilə qələmə alındığını təsəvvür belə etmirdim. Dostların döyüşləri, qəhrəmanlıqları geniş təsvir olunsa da əsər çox maraqlı idi. Lakin bir şeyi mütləq qeyd etməliyəm ki, ilk dəfədir kitabın əvəlləri sonundan daha maraqlı olan bir əsər oxuyuram. Son 100,150 səhifədə yazıçı sanki yorulub və əsas məsələdən uzaqlaşır. Lakin əsər istər dövrünün xüsusiyyətləri olsun, istər axıcılığı olsun, istər fərqli mövsuzu olsun , mənim üçün çox maraqlı oldu.
Amma diqqət etdiyim bir nüans da oldu ki, əsərdə yazıçı dostların sevgilərinə lazımı diqqəti ayıra bilməyib. Xüsusilə də müşketyorların ərli və özlərindən yaşca böyük olan qadınları sevməsi kimi.
Kitabın eyni adlı filmi də çəkilmişdir.
Hər kəsə xoş mütaliələr.