Aida Badal

Aida Badal
8/10
·755 syf.··
Beğendi
·
2020 3. kitabı
Aleksandr Dümanın Üç müşketyor əsəri 17 ci əsrdə gedən hadisələrdən bəhs edir. Əsər 4 yaxın dost , Atos, Partos, Aramis və D’Artanyanın müşketyorluğundan bəhs edir. D’Artanyanın baş obraz olmasına baxmayaraq əsərin adı digər 3 dostun (Atos,Partos,Aramis) adına uyğun seçilmişdir, hansı ki, D’Artanyan bu dostluğa sonradan qoşulmuşdur. D’Artaynan atasının vəsiyyəti ilə Kralın müşketyorlar dəstəsinə qoşulmaq üçün Parisə gəlir və elə hadisələr də bundan sonra başlayır. Fərqli fərqli xarakterə sahib insanlar olmasına baxmayaraq bir birinin səhvlərinə görə hər zaman cavab verməyə hazır olan, ” Hamımız birimiz, birimiz hamımız üçün” devizi ilə yaşayan dostların bir birinə bağlılığı insanın könlünü oxşayır. Əsərin bu qədər axıcı bir dil ilə qələmə alındığını təsəvvür belə etmirdim. Dostların döyüşləri, qəhrəmanlıqları geniş təsvir olunsa da əsər çox maraqlı idi. Lakin bir şeyi mütləq qeyd etməliyəm ki, ilk dəfədir kitabın əvəlləri sonundan daha maraqlı olan bir əsər oxuyuram. Son 100,150 səhifədə yazıçı sanki yorulub və əsas məsələdən uzaqlaşır. Lakin əsər istər dövrünün xüsusiyyətləri olsun, istər axıcılığı olsun, istər fərqli mövsuzu olsun , mənim üçün çox maraqlı oldu. Amma diqqət etdiyim bir nüans da oldu ki, əsərdə yazıçı dostların sevgilərinə lazımı diqqəti ayıra bilməyib. Xüsusilə də müşketyorların ərli və özlərindən yaşca böyük olan qadınları sevməsi kimi. Kitabın eyni adlı filmi də çəkilmişdir. Hər kəsə xoş mütaliələr.
Edebiyat
Üç SilahşorAlexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202111,4bin okunma
Reklam

Aida Badal

, bir kitap okudu
8/10
·755 syf.··
Beğendi
·
2020 3. kitabı
Alexandre Dumas
8.7/10 · 11,4bin okunma
5/10
·256 syf.··
Beğendi
·
2020 2. kitabı
Aqata Kristidən oxuduğum növbəti kitab..Adından göründüyü kimi əsər 10 nəfər şəxsin bilinməyən biri tərəfindən (onu tanıdıqlarını zənn etsələr də) Zəncilər adasına dəvət olunması ilə başlayır.Adanın qonaqları isə bir birnin ardınca müəmmalı şəkildə öldürülürlər. Doğrusu Herkül Puarronun bu əsərdə iştirak etməməsi məni biraz üzdü. Sonluqda bəhs etməyəcəyəm,lakin sonda heyrətlənmədiyimi desəm yalan söyləmiş olaram. Hər dəfə dedektif romanlarını oxuyarkən məni yazıçının əsəri hansı psixologiya ilə yazdığı maraqlandırır...Ağıla gəlməyən qətl,ölümlər və s..Hər halda bu yazıçılarla söhbət etməyə dəyər.. Xoş mütaliələr...️
1000Kitap
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201443,6bin okunma
8/10
·560 syf.··
Beğendi
·
2020 1. kitabı
Remarkın Zəfər Tağı romanı dünya müharibəsinin insanlara gətirdiyi bəlalar,insanların öz ölkəsindən didərgin düşməsini Ravikin həyatının timsalında səmimi bir dil ilə gözlər önünə sərir. Oxuduğumuz əsərlər arasında bəzi unudulmaz,yaddaşlara həkk olunan,hafizənizə damğa vuran obrazlar vardır.Məhz Ravik də mənim üçün o obrazlardan biri oldu. Ravik Almaniyadan Parisə gəlmiş pasportsuz,sənədsiz yaşayan və gizli şəkildə həkim kimi fəaliyyət göstərən bir şəxsdir. Onun düşüncələri,dialoqları o qədər möhtəşəm idi ki,bəzi hissələri dəfələrlə qayıdıb oxudum.Bəzi yerlərdə gülüşümü saxlaya bilmədim,bəzi yerlərdə həyatıma aid nəticələr çıxardım.Oxuduqca Ravikin görünüşünü gözümün önündə canlandırdım və onun kimi hazırcavab ,cəsarətli, ağıllı birisinin hər bir insanın həyatında olmalı olduğunu düşündüm. Zəfər Tağı elə bir romandır ki,onun haqqında məncə danışmaqla hansısa bir fikri çatdırmaq çətin olar,bunun üçün onu yalnız oxumaq lazımdır. Spoi vermədən sadəcə onu deyə bilərəm ki,Ravikin öz dili ilə desək ; “O həm məhəbbəti daddı,həm də intiqam hissini”. Və mən özüm bu cümləni oxuyanda daxilən bir rahatlıq tapdım.Xüsusilə Ravikin Joan adlı bir qadınla sevgi münasibəti,sevgini öz dili ilə təsviri insanın içini o qədər isidir ki,həmin hissələrdən bir cümləni qeyd etmək istəyirəm ;”Qadına ya səcdə etmək ,ya da onu biryolluq atmaq lazımdır! Qalanları yalan şeylərdir!” Mütləq oxumalısınız.Xoş mütaliələr...
Edebiyat
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014568 okunma

Aida Badal

, bir kitap okudu
5/10
·256 syf.··
Beğendi
·
2020 2. kitabı
Agatha Christie
8.7/10 · 43,6bin okunma
Reklam