Ruheviim

Ruheviim
"Sən təmiz qal, nəsibini Allah qoruyar."
Ne için varsan, onun için yaşa
10/10
·264 syf.··
Beğendi
·
2022 7. kitabı
·
1 saatte okudu
·
Okunma: 26 Temmuz 2022 00:00
"Her şeyin bir sonunun olması anlamlı kılar yaşamı. Ölmek için değil, anlamak için doğar insan." İllər öncə oxuduğum kitabı bugün kitablarımın arasında gördükdə qısa incələməsini etmək istədim. Hələ də əlimə aldıqda, səhifələrini vərəqlədikdə eyni həyəcan, sevinc, hüzn, ümid duyğularını yaşaya bilirəmsə deməli, bu kitabı həqiqətəndə "şımartmağa" dəyər. Tövsiyəm, kitabı bir nəfəsə oxuyub bitirməməyinizdir. Cümlələri həzm edə-edə, bəzi yerlərində həyatınızdan bir ân tapmağa çalışaraq oxunduqda sizə çox gözəl bir yol yoldaşı olacaq. Yazıçısından sizə qısa da olsa bəhs etmək istəyərdim. Hikmet Anıl ÖztekinHikmet Anıl Öztekin videoları/kitabları ilə "böyüdüm" deyə bilərəm. Tanıdığım qədəri ilə onu deyə bilərəm ki, mərhəməti, xeyirxahlığı, uşaqlara olan sevgisi ilə bilinən, hər daim axtarmaq, öyrənmək, kəşf etməyə böyük maraq göstərən, ənn əsası xəyallarına düşkün olan biridir. Bir sözlə, həyata bir eşq çəmbəri gözü ilə baxabilmiş, öyrənməyi, öyrətməyi, yaşamının anlamını ömründə bir dəfə belə olsa sorğulamış olan bütün dərddaşları bu kitabı oxumağa dəvət edirəm. Sevgi ilə qalın..
1000Kitap
Ne İçin Varsan Onun İçin YaşaHikmet Anıl Öztekin · Destek Yayınları · 20217,7bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Görəsən kim dəli, kim ağıllıdır?
8/10
·136 syf.··
2023 19. kitabı
Anton ÇehovAnton Çehov 6 Nömrəli Palata6 Nömrəli Palata Əvvəla tərcümə tərəddüdü yaşayanlar üçün onu deməliyəm ki, Azərbaycan dilinə tərcümə olduqca gözəl alınıb. Rahatlıqla oxuya bilərsiniz. Kitabın həcmi kiçik olduğu üçün düzü gözləntimi yüksək tutmayaraq başladığım bir kitab idi. Amma həm hər mövzuya toxunulması, həm də fikrin tam aydın çatdırılması baxımından yanıldığımı görmüş oldum. Və digər oxuyucularda da oldu ya yox bilmirəm ama kitabda hər dəfəsində söhbət edən kim idisə ona haqq verirdim. Kitabda ön plana çıxarılan 2 xarakter var: İvan Dmitriç və Andrey Yefimiç. Bu ikilinin müsahibəsi o qədər həyəcanlı, sürükləyici və zövqlü idi ki, heç bitməsin istəyir insan. İvan Dmitriç keçmişi iztirablarla dolu olan, mütaliəni olduqca çox sevən və həyatının bir nöqtəsində özü ilə baş gətirməyərək təqib olunma xəstəliyinə tutulan bir "dəli", Andrey Yefimiç isə həyatı allı-güllü kimi görünən heç bir fiziki şiddətə, maddi sıxıntıya məruz qalmamış bir həkim. Kitabda sanki Yefimiçin daxili aləmi və iztirabları ilə İvan Dmitriçin xarici aləmi qarşılaşdırılırdı. Və hətta irəliləyən yerlərdə "görəsən, daxili iztirab yoxsa xarici əzab insana daha çox acı verər?" düşüncəsi beynimdə elə hey dolandı. İvanın mütaliəni sevdiyini vurğulamışdım. Yefimiç də eyni şəkildə pulunun çox hissəsini kitablara xərcləyən, mütaliə vurğunu biri olaraq oxuculara təqdim olunur. Aradakı tək fərqin isə Yefimiçin mütaliə edərkən kitabda keçən cümlələr üzərində uzun uzun düşünməsi, dərk edərək oxumasının yanında Dmitiriçin oxumaq üçün oxuduğu olduğunu desək yanlış olmaz. Bunun səbəbinin izahını siz oxuculara buraxıram) Əsərdəki mənə görə tragikomik olan nöqtə isə illərdir xəstəxanada çalışan bir həkimin(Andrey Yefimiç) həmin xəstəxanaya dəli olaraq yerləşdirilməsi oldu. Yefimiçin "xəstəliyinin" tək bir səbəbi var idi ki, onu da öz dilindən
1000k
6 Nömrəli PalataAnton Çehov · Parlaq imzalar · 202287,2bin okunma
7/10
·100 syf.··
2023 16. kitabı
Tolstoyun arayışa doğru addımladığı növbəti kitablardan biri olan "İvan İliçin ölümü" kitabı, ölüm anını iliklərinizə kimi hiss etdirəcək bir kitabdır. Ölüm mövzusu insanlığın yaradılışından bu günə kimi və bundan sonra da öz gerçəkliyini qoruyub saxlaya bilən, istisnasız hər kəsi əhatə edən yeganə mövzudur. Üzərinə kitablar yazılacaq qədər geniş olan bu mövzuya bəlkə başqa bir incələməmdə daha ətraflı yer verərəm. Ancaq bunu deməliyəm ki, gerçəklikdən qaçmağımızın bizə bir faydası olmadığı kimi zərəri də çoxdur. Ölümə sadəcə qorxulu bir son, bir heçlik kimi baxdığımız müddətcə isə o elə belə də qalacaqdır. Bir sözlə, qorxunun əcələ faydası yoxdur deyərəkdən keçək incələməmizə. İvan İliç 3 uşaqlı ailənin ortancıl uşağı olaraq dünyaya göz açmış və daima ailənin qürur mənbəyi olaraq bilinmişdir. Xoşbəxtliklərlə dolu uşaqlıq həyatının ardından gənclik həyatına atılaraq istedadlı, ləyaqətli, dürüst bir hüquqşünas olmuşdur. Xüsusiyyətinə zidd olan yaltaqlıqdan söz etməyərəkdən onun daima yüksək cəmiyyətə can atdığını deyə bilərik. Hər zaman vəzifəli şəxslərə, onların həyatlarına qibtə edər, onlarla dostluq əlaqələri yaratmağa çalışardı. Şöhrəti, vəzifəni daima çox sevən İliç digərləri kimi başına gələcək ölümdən xəbərsiz halda vəzifəsini daha da yüksəltməyə can atırdı. İliçin dəfələrlə iş və ailə həyatında yaşadığı uğurlu və ya uğursuz hər şeyi keçərək bir gün hər kəsin başına gələcək olan ölümün İliçdən də yan keçmədiyi dönəmə gələk. İliç bir gün yeni almış olduğu evinə həvəslə pərdə taxarkən kiçik bir qəza keçirər, nərdivandan yıxılaraq böyrəyini pəncərəyə vurar. Biraz ağrısı olsa da bu İliç üçün sadəcə gülərək danışdığı kiçik bir qəza olaraq da qalar. Ancaq bu ağrı bir gün dayanılmaz bir hal alar və İliçi ölümə doğru sürükləyər. İş həyatına olduqca bağlı olan İliç
1000k
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261bin okunma
8/10
·304 syf.··
2023 15. kitabı
·
3 günde okudu
·
Okunma: 18 Ağustos 2023 11:55
Zaman oğrularının və oğurlanmış zamanı geri gətirən uşağın qəribə hekayəsi... XX Əsrin ən önəmli ədəbiyyatçılarından Michael Ende Alman fantaziya və uşaq fantastika yazıçısıdır. Yazıçı Michael Ende kitabları haqqında belə deyirdi: "Hekayələrimi içimdəki uşağa və buna bənzəyən hər kəsə yazıram. Mənim kitablarım 8 yaşından 80 yaşına qədər olan bütün "uşaqlar" üçündür." Yazıçının da sözlərini oxuduqdan sonra Momo kitabının və onun nəzdində bir çox uşaq kitablarının (ən gözəl nümunələrdən biri Balaca Şahzadə) illərdir çox satılanlarda olması, gözardı edilməyəcək dərəcədə bir çox dillərə çevrilərək illərin sınağından keçib öz dəyərlərini qorumasının səbəbini düşündüm. Belə ki, hər kəsin içində bir yerlərdə böyüdükcə itirdiyini düşündüyü o saf,təmiz duyğuların hələ də var olduğunu ilk növbədə özlərinə sübut etmək, uşaqlığının hansısa üzəri tozlanmış xatirəsini bir daha canlandırmaq və ya çox sadə yanaşsaq ən azından kitab bitənə kimi uşaq qalmağı bacarmaq və bunun kimi bir çox səbəb sadalaya bilərik. Kitabda yaşanılanların hansı zaman kəsiyində baş verdiyi naməlumdur. Ancaq günümüzlə əlaqələndirilən nüansların olduqca çox olduğunu görürük. Kitabın əsas məqsədi insanların ən dəyərli xəzinələrinin zaman olduğu və bu zamanı ancaq sevdikləri ilə birlikdə xərclədikdə yetərincə anlam qazanacağını çatdırmaqdır. Həmçinin durmaq bilməyən sürətli axışa qapılmadan zaman-zaman yavaşlamağı, nəfəs almağı insanın ən böyük ehtiyacı olduğunu da bildirməkdədir. İndi isə çox qısa müddətliyinə Momo' nun dünyasına keçid edək. Momo qıvrım saçlı, iri qara gözlü, uzaqdan baxanların 8 yoxsa 12 yaşda olduğunu tam olaraq təyin edə bilmədiyi bir qız uşağıdır. Ailəsi, hardan gəldiyi, əsl adının nə olduğu haqqında heç bir məlumat verilməyən bu balaca qızcığazın hər kəsi özünə cəlb edən bir xüsusiyyəti
1000k
MomoMichael Ende · Pegasus Yayınları · 201782,1bin okunma
Mən sonlu dünyanın sonsuz arayışının bir parçasıyam...
10/10
·104 syf.··
2023 11. kitabı
·
22 saatte okudu
·
Okunma: 11 Ağustos 2023 19:36
Bundan təqribən 2 əsr öncə yaşamış, öz dövrünün, indinin və gələcəyinin dahi yazıçısının əlindən çıxmış bir kitabda ruhu daima arayışa can atan hər kəs özünü mütləq ki, bu sətirlərdə tapacaqdır. Hətta çoxlarınız Tolstoyun tapa bilmədiyi bir çox sualları ondan öncə cavabladıqda mənim kimi təəccüblənəcəksiniz. Və məhz həmin an duyğunun, bütün biliklərin və məqamların ötəsində olduğunu anlayacaqsınız. Çünki bilik yanılsa da, duyğu yanılmaz. Hisslər aldatmaz. Kitab haqqında çox danışmayacam. Kitabı oxumağı birmənalı olaraq tövsiyə edirəm, incələməmim bundan sonrakı hissəsi isə kitabdan deyil də kitabın məndə yenidən oyatdığı hisslərimdən ibarətdir. Anlam, arayış üzərinə oxuduğum bütün kitablarda eyni dərəcədə həyəcanlanmağımın, nəfəsimin kəsiləcək kimi olmasının, qəlbimin yerindən çıxacaqmış kimi hiss etməyimin səbəbini tam olaraq sözlərlə ifadə etməyim olduqca çətindir. Və Lev TolstoyLev Tolstoy'un İtirafİtiraf kitabından cəsarətlənərək məndə bəzi etiraflarımı dilə gətirmək istəyirəm. Özümü, həyatımı dərk etdikdən bu yaşıma kimi ruhum daima adını verə bilmədiyim bir arayış içərisində olub. Düşüncələr içərisində günlərlə çarəsizcə boğulduğum, özümü heç kimə izah edə bilmədiyim, mənə kömək edəcək birisinin mənnən başqası olmadığını bildiyim dönəmlərdən keçmişəm. Bəzən bu arayışı susdurmaq üçün özümü axına atıb, insanların necə belə "xoşbəxt" yaşadıqlarını sorğulamışam. Ancaq bir müddət sonra bu qarışıqlığa aid olmadığımın fərqinə varıb, qanadlarının yanacağını bildiyi təqdirdə özünü alova atan pərvanələrtək özümü arayışın sirli alovuna təslim etmişəm. Bunun tək çıxış və doğru yol olduğunu bildiyim halda çevrəmdən çox-çox fərqləndiyimi gördükdə içimdə yaranan şübhələr, azlığın çoxluğa tabe olması düşüncəsi zaman-zaman həyatımda böhranlı mərhələlərdən keçməyimi qaçınılmaz edib. Bu etiraf
Duygu ve Düşünce
İtirafLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202229,2bin okunma