Andrey Yefimiç

Andrey Yefimiç
@Alimam
Tibb
Bakı
8 Eylül
33 okur puanı
Eylül 2019 tarihinde katıldı
Olsun...İnsan kendini bildikten ve ne istediğine karar verdikten sonra yalnız da yaşayabilir.
İnsan ve Duygular
Reklam
Sizə 3 sualım var.Biri əxlaqi,biri fəlsəfi,biri də praktiki.
8/10
·408 syf.··
2021 31. kitabı
·
1 saatte okudu
·
Okunma: 27 Ağustos 2021 06:46
Əxlaqi sual:Dəyər verdiyiniz birinin ölümlə üzləşdiyini düşünün.Sizin onu 50% ehtimalla qurtarmaq şansınız var.Digər 50 % ehtimalla hər ikiniz öləcəksiniz.50%ehtimalla ölümü gözə alıb ona yardım mı edərsiniz yoxsa 100% ehtimalla  sadəcə öz sağlığınızı mı qoruyardınız? Fəlsəfi sual:Fədakar insanı qorxunc ölümü gözə alaraq yaxınını qurtarmasına nə vadar edir? Praktiki sual:Siz ölümü gözə alaraq ona kömək edərmiydiniz? Bu əxlaqi və praktiki sualların cavabı əksər insanlar üçün eynidir,ancaq fəlsəfi suala veriləcək cavablar müxtəlifdir. Bu 3 sual forması romandakı Şon Onilin bir qaydasıdır.O müəyyən vəziyyətlərdə qarşılaşdığı insanlara müxtəlif əxlaqi,fəlsəfi və praktiki suallar verir.Məncə biz də həyatımızın müəyyən situasiyalarında vəziyyətə uyğun özümüzə biri əxlaqi,biri fəlsəfi,biri də praktiki olmaqla 3 sual verməliyik. Romanın ümumi təhlili ilə bağlı deyə bilərəm ki,romanın psixoloji və dedektiv qismi yaxşı yazılıb,amma baş qəhrəmanların arasındakı sevgi münasibəti mənə bayağı gəldi.Gözəllik yarışmaları qazanmış,kişilərin baxışları üzərində olan,lakin onların heç birinə baxmayan gözəl qadın Erin və onun vurulduğu lakin başlıqda ona laqeyd olan fədakar amma eqoist,ağıllı lakin öz fikirlərini paylaşmayan,sirli,heçkimə güvənməyən Şon Onil.Bu xarakterləri artıq illərdi görürük,məncə yazar sevgi münasibətini daha fərqli və maraqlı tərzdə yaza bilərdi. Yazar psixoloq olduğu üçün romanın psixologiya ilə bağlı qismi çox dolğun və gözəl yazılmışdır.Dedektiv qismi də psixologiya ilə bağlantılı olduğu üçün yaxşı alınmışdır. Kitabı oxuduqca tez-tez özümə bu sualı verdim:Görəsən mən həmin situasiyada nə edərdim? Rövşən Abdullaoğlu romanlarının ən bəyəndiyim xüsusiyəti kitabda söhbət açılan fəlsəfi-psixoloji məsələlərdir və hər bir romanında fərqli mövzular üzrə fəlsəfi
Roman
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024766 okunma

Andrey Yefimiç

, bir kitap okudu
8/10
·408 syf.··
1 saatte okudu
·
2021 31. kitabı
Rövşen Abdullaoğlu
8.7/10 · 766 okunma

Andrey Yefimiç

, bir kitap okudu
9/10
·300 syf.·
7 günde okudu
·
2021 30. kitabı
Jack London
8.2/10 · 19,4bin okunma
Gecə hamilədir, kim bilir sabah nə doğacaq!
9/10
·256 syf.··
2021 29. kitabı
·
34 saatte okudu
·
Okunma: 05 Ağustos 2021 19:47
Başlıca Qarabağ xanlığı olmaqla Azərbaycan xanlıqları dövründən bəhs edən tarixi roman. Tarixi romanların digər janrlardan sevdiyim fərqi bəhs edilən dövrdəki tarixi hadisələr haqda bilgiləndirməsidir.Bu tarix yaşadığımız coğrafiyanı əhatə edirsə daha da maraqlı hal alır.Romanın adından da məlum olduğu kimi xanlıqlarımızın iki od arasında yəni Rusiya və İran arasında qalmasıdır ki,hər 2 tərəf buranı ələ keçirmək istəyir.Kitabda azərbaycan və erməni xalqları arasındakı münasibətdən,bu münasibətin necə və kimlər tərəfindən pozulmağa çalışıldığından da bəhs olunur. Çəmənzəminlinin məharətlə istifadə etdiyi söz yaradıcılığı,çoxlu yer verilən atalar sözləri və məsəllər kitabı daha da oxunaqlı edir. Romanın ümumi gedişini Dostoyevskinin romanlarına bənzədirəm.İlk başlarda hər şey sakit halda davam edir, sonlara yaxın isə hadisələr üst-üstə gəlməklə oxuyucunu təlatümə salır. Çəmənzəminlinin bu romanı 1937-ci ildə yazdığını nəzərə alsaq, kitabda bir sıra köhnəlmiş sözlərə rast gəlinir.Tövsiyəm belə sözləri adlamamaq və izahlı lüğətdən istifadə etməkdir ki, bu halda hadisələri daha düzgün başa düşmək olar.
Roman
Qan içindəYusuf Vezir Çemenzeminli · Qanun Nəşriyyatı · 2019200 okunma