Ay İşığı

Ay İşığı
@Ayisiqi25
Didilmiş bir qayığa düşən ay işığı kimiyəm. ...Virginia Woolf... ___________________ İnstagram: dost.kitablar
10/10
·400 syf.··
Beğendi
·
2025 23. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Kasım 2025 13:26
Maraqlı axıcı bir əsərdir. Roman, 2007- ci ildə çəkilən serialdan bir qədər fərqlənir. Romanda, əlində olanların qədrini bilməyən, sahib olmadıqlarını isə hər zaman həsrətlə arzulayan bir obraz olan Kənanın şöhrət və süqut hekayəsindən, eləcə də, Lamiə adlı gənc bir xanımla olam iztirablı məhəbbətdən danışılır.
Dudaktan KalbeReşat Nuri Güntekin · İnkılâp Kitabevi · 20188,2bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
9/10
·544 syf.··
Beğendi
·
2025 21. kitabı
·
10 günde okudu
·
Okunma: 13 Kasım 2025 18:02
Əsas obraz Fəridədir. Kamran adlı sevdiyi oğlanın xəyanətini öyrənir və istanbuldan qaçır. Anadolun müxtəlif bölgələrində müəllimə kimi işləyir. Cahil insanlar ona əziyyət edirlər. Ancaq o çətinliklərə qarşı mübarizə aparır və iradə sərgiləyir. Mənim fikrimcə onun Kamrana bəslədiyi sevgi əbəs idi. Sırf bu səbəblə bir çox illərini qəm qüssə içərisində keçirir. Halbuki əxlaqı, mədəniyyəti və təhsili ilə çox xoşbəxt bir həyat qura bilərdi. Ancaq o uzun illərini matəm abu havası ilə, çətinliklərə qərq olaraq keçirir. Ədəbiyyatın ən güclü qadınlarından biridir Fəridə. Əsəri bəyənərək oxudum və açığı illər öncə yarım buraxdığıma peşman oldum.
ÇalıkuşuReşat Nuri Güntekin · İnkılâp Kitabevi · 2019123,4bin okunma
10/10
·576 syf.··
Beğendi
·
2025 20. kitabı
·
44 günde okudu
·
Okunma: 03 Kasım 2025 14:03
Əslində obrazlar bir qədər ziddiyyətlidir. Fabrizio özünü həm döyüşçü, həm də din adamı kimi sınayır və iki işində də nailiyyətsiz olur. Gina həm onu qoruyub yüksək mərtəbələrə gətirməyə çalışır, həm də onun bədbəxtçiliyinin əsas səbəbkarı olur. Məncə əsərdə ən müsbət obraz başnazir Kont Moskadır. Romanın əvvəlindən sonuna qədər dəyişmədən qalan tək xarakter sahibi. Ama kitab bütünilə maraqlı və dəyərli bir əsərdi. İri həcmli olmasına baxmayaraq maraqla oxudum.
Parma ManastırıStendhal · Türkiye İş Bankası Kültür Yayınları · 20192,202 okunma
10/10
·304 syf.··
Beğendi
·
2025 2. kitabı
·
7 günde okudu
·
Okunma: 19 Şubat 2025 16:46
Məncə əsər mütləq oxunmalıdır. Film dadında möhtəşəm bir qələm işidir. Kitab fasiləsiz və axıcı olaraq özünü oxudur. Əsərdə Fridanın timsalında, qadının gücü, əzmi, istirablar qarşısında əzilmədən, əksinə güc qazanaraq ayaqda durmanın ən gözəl nümunəsi təqdim edilir. O acıları sənətə çevirən ideal bir qadın idi.
Edebiyat & Roman
Frida KahloRauda Jamis · Everest Yayınları · 20185,3bin okunma
10/10
·304 syf.··
Beğendi
·
2025 5. kitabı
·
5 günde okudu
·
Okunma: 04 Mart 2025 14:18
Əsas obraz olan gəlin Nazan çox zəif xarakterli və iradəsiz bir xanım idi. Əslində öz ərilə xoşbəxt ola bilərdilər, buna əngəl olan, zalım qaynanasının intriqalarından daha çox, həm Nazanın zəifliyi, həm də ərinin anasının fətvalarına inanması oldu. Əsər boyu insan əzazil qaynanadan daha çox, Nazan və ərinin zəifliyinə əsəbləşir.
Edebiyat & Roman
Yad QızıOrhan Kemal · Bakı, Azərbaycan Ensiklopediyasının Baş Redaksiyası · 199115,4bin okunma