Ayten Mehdiyeva

Ayten Mehdiyeva
@Aytenmhd
Alles nahe werde fern
ADPU,BDU
15 kütüphaneci puanı
777 okur puanı
Aralık 2022 tarihinde katıldı
Göz korluğu yoxsa beyin korluğu?
10/10
·331 syf.··
Beğendi
·
2025 31. kitabı
·
4 günde okudu
·
Okunma: 13 Temmuz 2025 20:22
Kitabı bəyənənlərlə yanaşı absürd,şişirdilmiş olduğunu deyənlər də çoxdur.İndiyə kimi boş yerə şişirdilmiş çox kitab görmüşəm, amma bu onlardan biri deyildi qətiyyən.O yazı tərzi, iç-içə girmiş dialoqlar, bitib-tükənməyən vergüllər insana həqiqətən kitabın adı kimi hiss etdirirdi.Xaosu, insani və mədəni sərhədlərin dağılmasını bu sayədə həm görür, həm də hiss edə bilirik. Həkimin arvadı obrazı yeganə gözləri görən insandır.Onun təkliyi,baş verən hər şeyi görüb səssiz qalması,korlara görə hiss elədiyi məsuliyyət bizə (nəyisə kimisə,bir varlığı ya da var olmayan bir şeyi) xatırladır.Nəyin metaforası olduğunu oxuyanlar çox güman anlayacaq.Ən önəmlisi korluq epidemiyası məntiqsiz bir şəkildə yayılır.Bu da göstərir ki, insanlar bir-birinə sadəcə mikrobları yox, qorxunu, laqeydliyi və qəddarlığı yoluxdururlar. Yəni sosial davranışlar da infeksiyadır.Kitabın sonunda görmənin qaytarılması mükafatdır ya yox orası da müəmmalı qalır.İnsanlar bu təcrübədən sonra dərs çıxaracaqlarmı yoxsa hər şey unudulacaqmı, Saramago bizi cavabsız buraxır.( 2-ci kitabda göstərilir ya yox orasını bilmirəm) Bu yazıçıdan oxuduğum ilk kitab idi,ilk kitabından favori yazıçım oldu.Bir çox önəmli məsələni vurğulayıb,amma cəmiyyətdə qadın olmağın çətinliyini çox az kitab bu şəkildə göstərə bilir.İstər gözləri görən, istər kor, lal, kar fərqi yoxdur,ən böyük yük həmişə qadınların üstünə düşür.Kitabda da hər iki cins eyni dərddən əziyyət çəkirdilər, amma bədəlini qadınlar daha ağır şəkildə ödədilər.Real dünyanın da bundan bir fərqi yoxdur.
Edebiyat
KörlükJosé Saramago · Kırmızı Kedi Yayınları · 2022131,8bin okunma
Reklam
Part 1
4/10
·96 syf.··
2025 19. kitabı
·
3 saatte okudu
·
Okunma: 23 Mayıs 2025 23:08
Qanundan random 10 kitab aldığımı və bunları da oxuyub şərh edəcəyimi əvvəlki incələmələrimdən birində demişdim. Heyif mənim bu kitaba verdiyim 1 manata... Bir günlük yol pulumu rəsmən çölə tullamışammış. (Bu arada, bu kitabların hamısını 1 manata almışdım.Bundan artıq qəpik də xərcləməzdim heç birinə.) Əsas obraz... Bilmirəm, ya türk seriallarındakı “mükəmməl oğlanlardan” biridir (baxan hər qız huşunu itirir, fədakarlıq yarışına girir), ya da beş aylıq bir çağadır – özü-özünü “siyasi aktivist” adlandırır, amma gündəlik həyatını idarə etməkdə o qədər bacarıqsızdır ki, yazıq bir qız gəlib onun işlərini görür. Qərar verə bilmədim – bəlkə də ikisinin qarışığıdır, belə bir “möcüzə mutasiyası”. İnanın, çox da pisləmək istəmirəm – sonra çıxıb deyirlər, “bəyəm sən yazırsan?” Mən də deyirəm: xeyr, yazmıram. Amma oxuyuram. Və oxumağın da bir əziyyəti var, xüsusən də belə kitabları. Əgər altı aydan sonra yenə həyatımda bu qədər boşa sərf edilə biləcək vaxt tapılsa (ki, ciddi şəkildə şübhə edirəm), PART 2 gələcək. Allah kərimdir.
Alıntı
CəhənnətElçin Həsənzadə · Qanun Nəşriyyatı · 20215 okunma
9/10
·328 syf.··
Beğendi
·
2025 10. kitabı
·
13 günde okudu
·
Okunma: 13 Nisan 2025 21:09
Süjeti maraqlı idi,amma detallar bir neçə dəfə təkrarlanır deyə adamın diqqətini cəlb edir və qatilin yarısını(ən azından ona kömək edəni) kitabın başında tapmaq olur.Bu kitabda maraqlı idi amma Siyah Kan favv...
Polisiye
Kızıl NehirlerJean-Christophe Grangé · Doğan Kitap · 202417,6bin okunma
1/10
·192 syf.··
2025 8. kitabı
·
3 günde okudu
·
Okunma: 31 Mart 2025 11:50
Kim işlədiyi bir cinayətin detallarını kitab olaraq yazar ki...Əvvəl-axır təbii ki kimsə bunu polisə bildirəcəkdi. Ədəbi cəhətdən sıfır idi.Sırf gerçək cinayətini təsvir etdiyi üçün oxudum.
Cinayet
AmokKrystian Bala · Tylko Dla Doroslych · 200380 okunma
10/10
·736 syf.··
Beğendi
·
2025 7. kitabı
·
7 günde okudu
·
Okunma: 28 Mart 2025 21:06
Pedaqojidə bakalavr oxuyan zaman bir müəllimim bu kitab haqqında danışırdı o zamanlar magistra hazırlaşırdım,dedi bir tələbəm var idi bu kitabı ona da magistra hazırlaşanda tövsiyə etmişdim,sonra qəbul oldu,yenidən bura gəldi,müzakirə etmişdik,mən də gedib kitabı aldım ki, qəbul olanda oxuyaram.Düzdür eyni uniyə düşmədiyim üçün bitirəndən sonra həmin müəllimlə müzakirə edə bilmədim təəssüf ki,amma olsun bir zamanlar bu kitabı mənə tövsiyə etdiyi üçün özümü çox şanslı hiss edirəm.İnandırıcılıq səviyyəsi tam yerində olan zəkası yüksək obrazları az kitabda oxumaq olur.
Edebiyat
Gülün AdıUmberto Eco · Can Yayınları · 202015,9bin okunma
Reklam