Hacızadə15》

Hacızadə15》
@Book1524
Nəimi
Yanına kitap almadan hiçbir yere gitmezdi.
Sayfa 156
1000Kitap
Reklam
Ama bazen uğrașmaya değecek șeylerle uğraşmak gerekiyordu.
Sayfa 84
Alıntı
Puan vermedi·256 syf.·
2025 59. kitabı
İçimdeki Müzik Qüsur yox ️Üstünlük️ Qüsuru var deyil️, fərqli ehtiyacları var️ Melody... 11 yaşlı balaca qızcığaz. Danışmaqdan məhrum olmuş bir körpə... "Məhrum" sözünü işlətdim. Amma düşünmədim Melody bunu oxuyanda üzülər, ya eşidəndə pis olar. Baxın biz insanlar beləyik. Ətrafımızda bizim kimi olmayan, bizdən biraz fərqli əqli, fiziki çatışmazlığı olan birini gördükdə həmin an onu özümüzdən uzaq tutmağa və ya ona yazıq kimi baxmağa, mərhəmət göstərməyə çalışırıq. İnsanları zahirinə görə qiymətləndirməyi dayandırmalıyıq. Melody uşaqlıqdan gələn hərəkət məhdudiyyətlidir. O, öz gələcəyi üçün addımlar atır, özünü ümidsiz hiss etmək istəmir. Amma kitabda Melody danışa bilmədiyi üçün dəfələrlə hərəkətləri yanlış anlaşılır. Melody, beynində sözləri, fikirləri, musiqiləri, hadisələri qeyd edir. Olduqca zəkalı bir uşaq olmasına baxmayaraq "ağılsız" , "anlaqsız " sözləri ilə damğalanır. Oysa ağlı başında olduğunu deyərək necə axmaq hərəkət edən insanlar var... İstər körpə olsun istər böyük insan heç kəs buna görə qarşındakını mühakimə etməli, ona yazıq gözü ilə baxmalı deyil. Biz hiss etməsək belə onların qəlbində yara izi buraxmış ola bilərik. Ən sonda isə qeyd etmək istəyirəm ki, kitabda ana obrazının sözləri, mübarizəsi çox gözəl idi. Bu cür konseptə malik kitablar oxumuşam. (Tövsiyə üçün: Sol Ayağım Mucize) Hər birində ana obrazı uşağın ilham pərisi olur. Həqiqətən analar bir mələkdir. Melodynin anası da qızının mübarizə əzminin qırılmasına izin vermir. Son olaraq çətinliklər hər zaman olacaq. Onlarla üzləşib həll yolu tapmağı unutmayın... Hər kəsin içində ifadə olunmamış bir "musiqi" var. Həmin o İçimizdəki musiqini daim eşitmək diləyi ilə...
Duygu ve Düşünce
İçimdeki MüzikSharon M. Draper · Timaş Genç Yayınları · 202139,8bin okunma
Bazen kafamda bir 'sil' tușu olsun istiyorum.
Sayfa 17
Alıntı