Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·55 syf.··
Beğendi
·
2020 40. kitabı
Halil Cibran
7.5/10 · 85,3bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
8/10
·224 syf.··
2020 39. kitabı
Artur Konan Doylun məşhur #şerlokholms -un macəraları bir roman və altı kiçik həcmli hekayələrdən ibarətdir. Maraqla oxudum amma cinayətkarları artıq özüm təxmin edə bilirdim, o da yəqin kiçik həcmli olmağından, obrazların az olmasından irəli gəlib. Amma Şerlok cinayətlərin üstünü çox məharətlə və ağılla açır. Doylun yaratdığı bu surət öz iti ağlı ilə, diqqətli mühakimələri ilə ən dolaşıq işləri belə aça bilən xəfiyyədir. Çox nadir hallarda işləri uğursuzluqla nəticələnə bilər. O qədər diqqətlidir ki, hətta ilk baxışdan gördüyü insan haqqında fikir yürüdə bilər və ən əsası da fikirlərində yanılmır. Bütün işlərində isə ona həkim dostu olan Uotson kömək edir. Yəqin çoxları bilir ki, Doyle özü də həkim olub. Deyilənlərə inansaq Şerlokun özü elə Artur Doyle olub.
1000Kitap
Visteriya - Locda HadisəArthur Conan Doyle · Qanun Nəşriyyatı · 202584 okunma
10/10
·152 syf.··
Beğendi
·
2020 38. kitabı
Salam. Növbəti kitabım George Orwellin “Heyvan ferması” əsəri oldu. Distopik janrda yazılmış “hayvan çiftliği” əsəri, heyvanların timsalında, insanlara siyasi mesajlar verməsi üzərinə yazılıb. Oxuyan hər kəs bilir ki, George daha çox Sosialist dövrünü, Stalini (Napaleonun timsalında), totalitar rejimi tenqid edib bu əsərində. Amma digər bir fakt isə burda əsas məğz insan faktorudur. İnsanların zəif cəhətlərini, onların haqsızlıq qarşısında susmalarını, sosial ədalətsizliyi onlara göstərməyə çalışıb. Çünki hər sistemin başında dayanan məhz “İNSAN”dır. İqtidar, mənfəət hirsi ön planda olur o “insan”larda. George Orwell de siyasi mesajları heyvanlar uzerinden catdirmaga çalışıb. İnsan zülmünə uğramış heyvanlar bir məqsəd amalında birləşməyə, “ədalət” uğruna mübarizə aparmaq üçün birgə yol alırlar. Və əllərindən gələni etməyə çalışırlar. Yetər ki, rahat yaşasınlar, aclıq, yoxsulluq, işgəncə olmasın. Ancaq bir şeyi unudurlar “ədalətsiz dünyadan ədalət gözləmək olmaz”. Axı güc kimdədirsə, söz sahibi də odur. Oxuduqca həm də əsəbləşirdim. Çünki azadlıq istədikləri yerdə, həm də “Napaleon”un (başçı donuz) buyruqlarına əməl etmələri, səssiz qalmaları, heç bir tədbir görməmələri özlərinə qarşı etdikləri səhv idi. Səssiz qalan hər kəs göstərilən zülmə məhkum qalır. Başqasının iradəsinə tabe olub, yenə də əsir həyatı yaşamağı seçdilər. Oxumayanlar varsa bu dəyərli əsəri, gecikdirmədən oxusunlar Bütün hayvanlar eşittir ama bazı hayvanlar diğerlerinden daha eşittir. İnsan. Tek gerçek düşmanımız insandır. İnsanı ortdan kaldırın, açlığın ve köle gibi çalışmanın temelindeki neden de sonsuza dek silinecektir yer yüzünden. İnsana karşı savaşırken sonunda ona benzememeliyiz.
Edebiyat
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2024296,5bin okunma
10/10
·112 syf.··
Beğendi
·
2020 37. kitabı
🖋Axı bu dünyada məhəbbətini nadir hallarda qazana bildiyimiz günahsız uşaqları aldatmaqdan asan heç nə yoxdur. ilk səhfələrdən artıq əsəbləşməyə başlamışdım. Mövzu Baron və 12 yaşlı Edqarla, onun anasının məzuniyyət vaxtı başına gələnlərdən bəhs edir. Baron əyləncə, qadınların həvəsində olan gəncdir. Yaşadığı mehmanxanada Edqarın anasını görür və onunla tanışlıq məqsədi ilə Edqardan istifadə etməyə çalışır. Bu iyrənc plan əvvəlcə çox gözəl yerinə yetir. O, Edqarın ürəyini ələ ala bilir, məsumluğundan, uşaqlıq saflığından, istifadə edərək Edqarla dostluq qurur. İlk günlər Edqar inanılmaz hisslər yaşayır bu dostluqdan. Lakin getdikcə hiss edir ki, heç də hər şey onun düşündüyü kimi deyil. Anasının ona qarşı münasibətinin soyuqlaşması, Baronun ondan qaçması, əhəmiyyət verməməsi onu o qədər incidir ki, səbəbini axtarmağa çalışır.. Onlar arasında baş verən “dəhşətli sirr”i öyrənməyə çalışır. Bunun üçün də o, anasını, Baronu güdmək fikrinə düşür.. Edqar onun yaşadıqları məni üzdü. 12 yaşında yeniyetmə oğlan uşağının hissləri ilə oynamaq, onu incitmək, inamını sarsıtmaq, qəlbini qırmaq və bunu edənlər isə hələki öz yaxınının, doğman olarsa... Bütün bunlara baxmayaraq onun əzmi, qüruru, anasını qorumaq istəyi, çabalaması da mənə qəribə hisslər yaşatdı. . Ştefan Svayq çox vaxt qadınları ön plana çəkir. Ona görə marağımı çəkib onun əsərləri. Amma bu dəfə Matildanı ana kimi, qadın kimi qınadım. Çünki hal-hazırda da onun kimi bəzi “qadınlar” var ki, nəfsinə, ehtirasına özünü, ya da öz ailəsini, balasını hansısa kişiyə qurban verir. Bir müddət sonra ya peşman olub taleyi ilə barışır, ya da şansı gətirir ailəsi qəbul edir ( nadir hallarda ). İnanıram ki, oxuyan hər kəs bu əsəri sevəcək. S.
Edebiyat
Dəhşətli SirrStefan Zweig · Qanun Nəşriyyat · 201851,4bin okunma