Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·112 syf.··
Beğendi
·
2020 37. kitabı
🖋Axı bu dünyada məhəbbətini nadir hallarda qazana bildiyimiz günahsız uşaqları aldatmaqdan asan heç nə yoxdur. ilk səhfələrdən artıq əsəbləşməyə başlamışdım. Mövzu Baron və 12 yaşlı Edqarla, onun anasının məzuniyyət vaxtı başına gələnlərdən bəhs edir. Baron əyləncə, qadınların həvəsində olan gəncdir. Yaşadığı mehmanxanada Edqarın anasını görür və onunla tanışlıq məqsədi ilə Edqardan istifadə etməyə çalışır. Bu iyrənc plan əvvəlcə çox gözəl yerinə yetir. O, Edqarın ürəyini ələ ala bilir, məsumluğundan, uşaqlıq saflığından, istifadə edərək Edqarla dostluq qurur. İlk günlər Edqar inanılmaz hisslər yaşayır bu dostluqdan. Lakin getdikcə hiss edir ki, heç də hər şey onun düşündüyü kimi deyil. Anasının ona qarşı münasibətinin soyuqlaşması, Baronun ondan qaçması, əhəmiyyət verməməsi onu o qədər incidir ki, səbəbini axtarmağa çalışır.. Onlar arasında baş verən “dəhşətli sirr”i öyrənməyə çalışır. Bunun üçün də o, anasını, Baronu güdmək fikrinə düşür.. Edqar onun yaşadıqları məni üzdü. 12 yaşında yeniyetmə oğlan uşağının hissləri ilə oynamaq, onu incitmək, inamını sarsıtmaq, qəlbini qırmaq və bunu edənlər isə hələki öz yaxınının, doğman olarsa... Bütün bunlara baxmayaraq onun əzmi, qüruru, anasını qorumaq istəyi, çabalaması da mənə qəribə hisslər yaşatdı. . Ştefan Svayq çox vaxt qadınları ön plana çəkir. Ona görə marağımı çəkib onun əsərləri. Amma bu dəfə Matildanı ana kimi, qadın kimi qınadım. Çünki hal-hazırda da onun kimi bəzi “qadınlar” var ki, nəfsinə, ehtirasına özünü, ya da öz ailəsini, balasını hansısa kişiyə qurban verir. Bir müddət sonra ya peşman olub taleyi ilə barışır, ya da şansı gətirir ailəsi qəbul edir ( nadir hallarda ). İnanıram ki, oxuyan hər kəs bu əsəri sevəcək. S.
Edebiyat
Dəhşətli SirrStefan Zweig · Qanun Nəşriyyat · 201851,4bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
10/10
·112 syf.··
Beğendi
·
2020 37. kitabı
Stefan Zweig
7.6/10 · 51,4bin okunma
10/10
·1024 syf.··
Beğendi
·
2020 36. kitabı
Salam. Nəhayət bir aya oxuyub bitirdim. Amma zirvədə olan bu kitabı təhlil etmək bir az çətindir mənim üçün. Tarixi janrda yazılmış ”Hərb və Sülh” dünya ədəbiyyatının dəyərli incilərindən hesab olunur. Hər halda hər kəs bu roman haqqında eşidib. Səhifələri 1000+ olduğuna görə oxunulması bir az səbir tələb edir və əlbəttə ki vaxt bolluğu. kitabda yorucu olan isə şriftlərin çox xırda olması idi. “Hərb və sülh” həyatın tam özüdür. Bu əsər tarixi roman olmaqla yanaşı, bir çox mövzunu özündə cəmləşdirib. Ümumiyyətlə klassik rus yazarlarının kitablarında mövzu əhatəli və geniş olur. Tolstoy da öz əsərində münaqişə və müharibə ilə yanaşı sevgiyə, cəmiyyət arasındakı sinif fərqlərinə, davranışlara, fəlsəfi düşüncələrə, din kimi müxtəlif mövzulara toxunub. Əsər rus dilində yazılsa da fransız dialoqlarına da çox yer verilib. Bu da yəqin ki, o dövrdə rusların fransız dilinə daha çox önəm verməsi ilə bağlıdır. (Tərcümədə də fransız dialoqları istifadə olunub). Bundan başqa kitabda insan sayı hədsiz çoxdur. Bir ara kimin kim olduğunu unutmuşdum. ona görə siz oxumağa başlasanız mütləq qeyd götürün. Əsərin ümumi məzmunu, Rusiya və Fransa arasındakı gedən uzun müddətli (1805-1812) müharibədən və Napaleonun Rusiyanı işğal etməsindən bəhs edir. Napaleonun Rusiyaya hücumu nəticəsində, Rus xalqının enişli, çıxışlı qalibiyyətinin şahidi olacaqsız. Başqa torpağa soxulmağa can atan Fransa, rusların gücünün, haqqının qarşısında nə qədər dirənsə də əlbəttə ki, son məqsədinə çata bilmir. Napaleon haqqında kitabın sonlarında Tolstoyun çox maraqlı fikirləri də var. Təbii ki bütün hadisələr cəbhədə baş vermir. Əsərdə həmçinin Bezuxovlar, Balkonskilər, Kuraginlər və Rostovlar ailəsindən, onların həyatından, cəmiyyətdə tutduqları mövqelərdən də danışılır. Müharibənin gedişatı bu ailələrin
Tarih
Hərb və SülhLev Tolstoy · Qanun Nəşriyyatı · 202525,9bin okunma
10/10
·1024 syf.··
Beğendi
·
2020 36. kitabı
Lev Tolstoy
8.8/10 · 25,9bin okunma