Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·224 syf.··
Beğendi
·
2020 35. kitabı
Eh Nuriyyə eh... O qədər gözəl əsərsən ki, cümlələr yanında sönük qalar. Nuriyyə romanın qəhrəmanı və onun 224 səhifəyə sığan nakam sevgisi. Əsər Nuriyyənin dili ilə nəql edilir. O, aktrisalıq üzrə təhsil almış və bir gün təyinatla Güney Qışlaq kəndinə mədəniyyət evində işləməyə gedir. Bu kənddə isə məktəb vaxtı gördüyü və ilk baxışdan sevdiyi leytinantla qarşılaşır. O leytinant ki, Nuriyyəyə görüş vəd etmiş, o görüşə isə gəlməmişdir. İndi isə üstündən artıq 5 il keçmiş və həyat yenidən onları qarşılaşdırmışdır. Amma artıq leytinant Murad evlənib və bir oğlu da var. Nuriyyənin isə ona qarşı olan sevgisi ilk günki kimi təmiz və saf qalıb. Onun qəlbi, ruhu, insanlığı o qədər mərhəmətlidir ki, deyərdim özünü fəda etdi. Bəlkə də onun yerinə başqa bir qadın olsaydı əlinə düşən fürsəti geri çevirməzdi. Amma yazıçı onu o qədər mərd, əxlaqlı təsvir edib ki, Nuriyyəyə yalnız əhsən demək düşür. Onun Səadətə olan səbrini, dözümünü isə alqışlayıram. Səadəti də bir qadın kimi başa düşürəm və halına da acıdım. Sevginin çoxluğu bəzən insanı uçuruma aparır. Çox bu barədə yazmayım çünki istəyirəm hamıııı bu əsəri oxusun, o incə, kövrək qəlbli Nuriyyəni tanısın. Nuriyyə bu kəndə gələndən sonra mədəniyyət sahəsində çoxlu işlər gördü. Tez-tez tamaşalar verirdi, insanları mütaliə etməyə cəlb edirdi. Artıq o, kənd camaatının sevimlisinə çevrilmişdi. Romanda həm də, Güney Qışlaq və Quzey Qışlaq kəndləri arasındakı ədavətdən də bəhs edilir. Bu iki kənd camaatının Söyüdlü arx üzərində mübahisəsi, onlar arasında inciklik yaradır. Nəriman dayının Söyüdlü arxın çəkilməsində böyük zəhməti olmuşdur. Həm də arx çəkilərkən Muradın atasından kömək istəsə də o buna razı olmamışdı. Murad Quzey Qışlağın kolxoz
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,309 okunma
Reklam
10/10
·224 syf.··
Beğendi
·
2020 35. kitabı
İlyas Efendiyev
9.1/10 · 1.309 okunma
Puan vermedi·456 syf.··
2020 34. kitabı
Bir sözlə möhtəşəm əsər. Bu əsəri Qorki 1906-cı ildə sürgündə olarkən yazmışdır. . Ana - sosializmin doğruluqlarını xalqa çatdıran,fəhlə həyatının çətinliklərini, kapitalizmin çirkin üzünü cəmiyyətə sərgiləyən romandır.Bütün bunlar isə ananın və oğlu Pavelin simasında təzahür edir. Roman,İllər uzunu ərinin şiddətinə məruz qalan, haqqını tələb etməyi bacarmayan bir qadının, yəni ananın daha sonra isə oğlu Pavel sayəsində Rusiyanın o dövrki burjuaziya sisteminə qarşı inanılmaz cəsarətinin mübarizəsidir. Pavel və dostları xalqı çar zülmündən,yoxsul həyatın girdabından çıxartmaq üçün qəzetlər nəşr edir və gizlin yolla bu qəzetləri,eyni zamanda doğruları əks etdirən,oxunması qadağan edilən kitabları işçi cəmiyyətinə paylayır, oxumağa insanları sövq edir. 1 May - işçi bayramında isə Pavel və bəzi dostları etdiklərinə görə həbs olunurlar.Lakin buna baxmayaraq Pelageya Nilovna,yəni ana oğlunun bu siyasətini davam etdirməyə, belə desək öz canını qoyur.Daha o döyülən, haqqını tələb edə bilməyən qadından əsər-əlamət qalmamışdı.Artıq ana özünü oğlunun yolunda sipər etməyə hazır idi. O, bütün ağrılarını,qorxularını içində basdırmışdı. Yorulmadan,bezmədən,ona verilən hər işin öhdəsindən gəlməyə çalışırdı.Artıq nə soyuq, nə boran,nə həbs olunmaq qorxusu heç bir şey onu qorxutmurdu.Bu inqilabda ya olum var olacaqdı, ya da ölüm... Ananı gah çarəsiz,gah ümid dolu,gah bitkin,gah da tamam tükənmiş gördüm. Amma bütün bunlara baxmayaraq sonsuz əzminin də şahidi oldum. . Əsərdə eyni zamanda Pavelin dostları olan xoxolu(Andryuşa ) Nikolayı, Nataşanı, Saşenkanı Sofyanı, Vesovşikovu və digərlərinin sadiqliyini, mərdliklərini , anaya olan mərhəmətlərini, göstərdiyi sevgini sevdim. . Qorki bu romanda,həm də bütün
Edebiyat
AnaMaksim Gorki · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201534,4bin okunma
Puan vermedi·456 syf.··
2020 34. kitabı
Maksim Gorki
8.4/10 · 34,4bin okunma
Bu dünyada hər şey üçün nə qədər istəsən yer var. Təkcə adamlara çatmır.
Sayfa 72
Edebiyat
Reklam