Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
7/10
·176 syf.··
2020 33. kitabı
Çox oxucu bu yazarı, məşhur və ilk əsəri olan “Qızılgülün adı” ilə tanıyıb. Mən isə sonuncu əsəri olan “Sıfır sayı” ilə tanıdım. Deməli əsas mövzu kütləvi informasiya vasitəsi, media üzərində qurulub. Kitabı oxumazdan əvvəl, qətiyyən mövzunun nədən bəhs etdiyi barədə fikrim yox idi. Yəni heç haqqında maraqlanmamışdım da sözün açığı. Sadəcə oxumağa başladım. Və oxuduqca İtaliyanın tarixini az-çox öyrənmiş də oldum. “Sıfır sayı” əslində siyasi motivlər əsasında yazılan əsərdir. Bu da ixtisasımla bağlı olduğuna görə siyasi, tarixlə bağlı olan kitablar daha çox marağımı çəkir. Faydalı olduğunu düşünürəm. Onu da qeyd edim ki, səhfələri az olmağına baxmayaraq bir gündə oxunulacaq kitablardan da deyil. “Sıfır sayı” heç vaxt çap olunmayacaq bir qəzetdir. Hadisələr 1992-ci ildə İtaliyada cərəyan edir. Həm də 50 il öncəki İtaliyanın həyatını, tarixini də da göz önünə sərir. Baş qəhrəman Colonna əslində uğursuz jurnalistdir. Amma bir gün Simei adında iş adamından iş təklifi alır. Eyni zamanda bu redaktorda digər 6 uğursuz jurnalist də çalışacaq. Və bu insanlar müəyyən məlumatlar üzərində çalışacaqlar. Əsas məqsəd isə biznesmen olan bir şəxsin Commendatorenin yuxarı təbəqənin insanlarına öz təsirini göstərmək istəməsidir. Commendatore bu insanların “qara” işlərini mediyaya yaymaqla hədələmək, bir növ onları təhdid etmək istəməsi ilə üzərinə qurulan bir lahiyədir. Simei bu jurnalistlərə Commendatorenin tapşırığı əsasında bəzi mövzuları araşdırmağı tapşırır. Qəzetin adı isə “Sabah” olacaq. Və jurnalistlərin araşdırdığı mövzular əsasında İtaliyanı, Mussolinini, Vatikanın oyunlarını və digər qaranlıq məsələləri öyrənmiş olacayıq. Əslində Eco medianın iç üzünü, hər xəbərin arxasında kiçik də olsa yalanın
Siyaset
Sıfır SayıUmberto Eco · Doğan Kitap · 20151,318 okunma
Reklam
7/10
·176 syf.··
2020 33. kitabı
Umberto Eco
7.4/10 · 1.318 okunma
8/10
·357 syf.··
2020 32. kitabı
Romanın qəhrəmanı xanım Bovari xəyalpərvərliyi, sönük və monotonluğu ilə məncə ziddiyətli bir obrazdır. Kənd həkimi olan Şarl Bovarinin ilk evliliyindən olan yoldaşı xəstəlikdən vəfat edir. Onun vəfatından sonra o, Emma ilə ailə qurur. İlk öncələr Emma onu sevdiyini düşünür və bu ailə həyatının onu xoşbəxt edəcəyinə inanır. Lakin, heç də ümidləri özünü doğrultmur. Çünki, Emmanın hər şeydən narazı, bezgin və xəyanətkar olması onun sonu olur. Şarlın ona göstərdiyi sevgi, məhəbbət onu qane etmirdi. Artıq başqa həyat axtarır, səadətini özgələrində görürdü. O, öz ehtirasına, nəfsinə qurban gedərək bəlkə də, düşünürdü ki, daxilindəki boşluğu dolduracaq. Nəticədə onun acgözlüyü, qarışıq hissləri həyatın acı həqiqətlərinə çırpılaraq parçalanır. Bəlkə də xoşbəxt ola bilərdi... #madambovari romanında əslində burjuaziya, kapitalizm də özünü göstərir. Lere və aptekçi Ome obrazlarında yazıçı bunu real təsvir edir. . günahkar taledir. Doğurdanmı belədir? Yoxsa biz özümüz taleyimizi həll edirik? Məncə ən böyük günahkar insan və onun nəfsidir. Oxuduqca həm əsəb keçirtdim, həm də üzüldüm. Yəni duyğu fırtınası yaşadım. Mən Bovarini sevgi acgözü, xəsis, hətta qəddar belə adlandırıram. Əsərin ümumi məzmununu çox sevdim deyə bilmərəm. Bəlkə də qınanacam amma söz yığını sanki çox idi. Ən çox da sonluq məni üzdü.
Edebiyat
Madam BovaryGustave Flaubert · Altın Kalem Yayınları · 197540,9bin okunma
8/10
·304 syf.··
2020 31. kitabı
Bəlkə bizdən daha güclü bir varlıq beynimizlə oynayır! Bəlkə yuxular yuxu deyil, fərziyyələr fərziyyə deyil... Bəlkə də bütün bunlar gerçəkdir. Gerçəkmi? Yuxumu? Şamanizm yoxsa paralel həyatmı? Hadisələr Susuzqaya və Pınarbaşı kəndlərində cərəyan edir. Biri cəhənnəm, digəri isə cənnət və bu kəndləri ayıran Abançay adlanan cənnət ayrıcı. Nə baş verir bu kəndlərdə? Köhnə adət ənənələrə sitayiş edən, ölülərini quzğunlara yedirdən kəndə, Pınarbaşı kəndindən heç kim yaxınlaşmır, hətta oranı lənətlənmiş yer adlandırırlar. Oranın qorxusu sanki qanlarına-canlarına hopub. Çünki 23 il əvvəl bu kənddən olan 4 gənc Susuzqayaya gəzintiyə çıxırlar və müəmallı şəkildə qətlə yetirilir bu gənclər. Və həmin ildə, həmin gündə dünyaya gələn digər 3 oğlan uşağı... bəs onları bir birinə bağlayan nədir? 23 il sonra hər 3 gənc kəndə bənd tikintisində təcrübəyə gəlir. Onları nə birləşdirir və keçmişdə baş verən ölüm hadisəsi ilə hansı əlaqələri ola bilər? Son səhfələri təəccübləndirdi. hər kəsə xoş mütaliələr. qəbul elədiklərinə uyğun gəlməyən hər kəs və hər şey insana qəribə görünür Həyat adlandırdığımız qurğu, əslində, beyindən və şüurdan ibarətdir, amma biz yalnız beynimizi tanıyır, onunla birgə mövcud olduğumuzu güman edirik.
Edebiyat
Cennet AyracıMehmet Mollaosmanoğlu · Profil Yayıncılık · 2014221 okunma