🖇 Roman iki gəncin məhəbbətindən, keşməkeşli həyatından bəhs edir. İlyas və Asel. Təsadüf nəticəsində tanış olan gənclərin həyatı qısa müddətdə birləşir, kiçik ailəyə dönüşür.Amma təssüf ki, sevgi hər zaman insanı xoşbəxt etmir. Bəzən insan əlindəkinin dəyərini bilə bilmir, xoşbəxtliyini əldən verir. İlyas da bir gün öz hirsinin, eqosunun qurbanı olur. Hətta sevdiyi qadına xəyanət də edir. Bunu isə Asel bilir və övladını götürüb gedir.İlyasın peşmançılığı isə heç fayda vermir. Əsərdə İlyasdan çox Baydəmir obrazını çox sevdim. Səbəbini deməyəcəm niyə çünki spoiler vermiş olacam. Həyat bəzən alır amma əvəzində gözləmədiyindən artığını verir sənə. Baydəmir də o insanlardan idi ki, ağrılarına acılarına rəğmən başqasına da çarə olmağı, yaralarını sarmağı bacarır. İlyasa isə yazığım gəldi amma ən düzünü etdi ki, öz səhflərinin nəticəsi ilə barışmağı seçdi. Ən doğru olan da elə bu idi. Məni incidən isə İlyasla övladı arasındakı dialoqlar oldu.
.
🖇Bundan başqa “köşək gözü” və “ilk müəllim” povestləri də yer alır. “Köşək gözü” məni çox qıcıqlandırdı. Çünki Abakir obrazı o qədər iyrənc, qəddar obrazdır ki, oxuduqca düşündüm ki, yazıçı özü bu obrazı yaradarkən hansı hissləri keçirdib? Kamal ağıllı və savadlı gəncdir. Anarxayda əvvəlcə suçu sonra isə qoşquçu kimi işləyir. Abakir isə bu gəncə göz verib işıq vermir. İstər hərəkətləri ilə istər iyrənc söyüşləri ilə. Kamal isə sakitliyindən bütün bunlara tab gətirir. Abakir ağır işlər görməyə məcbur edir onu. Amma bütün bunlara baxmayaraq Kamal hər işin öhdəsindən gəlir. Və nəhayət Abakirin sonu gözlənilməz oldu bir az :) .
🖇 “İlk müəllim”i isə çox sevdim. Duyşən müəllimin əzmini, mərdliyini sevdim. Özünün çox da savadı oımayan