Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·496 syf.··
Beğendi
·
2020 23. kitabı
Dan Browndan oxuduğum ikinci əsərdir və deyə bilərəm ki, müasir yazarlardan ən sevdiyim yazardır Dan. Bu insanın təxəyyül gücü, biliyi, dünya görüşü o qədər genişdir ki, oxuduqca hər səhifəsində saxlayıb, əlimə telefon alıb tez “google” daxil olub araşdırmalar edirdim. Yenə də bilmədiyim bir çox tarixi əsərləri öyrəndim, xəyalən İtaliyanın, Türkiyənin tarixi yerlərini gəzdim. Sözün açığı kitab elə bil labirint idi. çox sevərək oxudum. Roman, Harvard Universitenin simvollar və sənət tarixi üzrə professoru Robert Lanqdonun sərgüzəştləri üzərinə qurulub. Dünyanın elə bir nöqtəsindəyik ki, sonla aramızda sanki bir addım var. İnsan sayı o həddə çatıb ki, artıq insanlığın son həddi kimi. Bunun çarəsi isə yalnız insan nəslini azaltmaqdır. Elə buna görə də tanınmış mütəxəssis Bertnard Zobrist bütün bəşəriyyətin ölümünə səbəb olacaq “sonsuzluq” virusu hazırlayır və bunu dünyaya yaymağa çalışır. Maraqlısı isə Zobristin bu virusu Dantenin “İlahi komediyası”i ilə əlaqədardır. Bu virusu tapmaq missiyası isə Robert Lenqdonun üzərinə düşüb. O və onun həkim rəfiqəsi Sienna sirlərlə dolu olan sualların cavablarını tapmaq üçün birlikdə bu əməliyyatı yerinə yetirməyə çalışırlar. Və ən maraqlısı isə bu virusun şifrələrinin açarı Dantenin şeirlərindəki sətirlərdədir. Bəs bu təhlükəli və təqiblərlə dolu olan hadisələrin girdabında qalan Lenqdon bəşəriyyətin məhvinin qarşısını ala biləcəkmi? Hər səhifəsi maraq doğurur “belə olsa nələr baş verər?” deyirsən. Əsəri daha da maraqlı edən Dante Alqyerinin təsvirləri, Botiçellinin bu əsəri rəsm üzərində fırçalarla canlandırmağı, tarixi məkanların sirləri, Florensiya və Venesiya tarixi eyni zamanda İstanbulun Ayasofyası, Mısır çarşısı və bol macəralarla dolu hadisələr oldu. Mən deyərdim bu roman həm də incəsənət əsəridir. Dan Braun həm də
Edebiyat
CehennemDan Brown · Altın Kitaplar · 201429,8bin okunma
Reklam
10/10
·496 syf.··
Beğendi
·
2020 23. kitabı
Dan Brown
8.7/10 · 29,8bin okunma
10/10
·175 syf.··
Beğendi
·
2020 22. kitabı
Salam. Bu gün Fransız ədəbiyyatının realist yazarı hesab edilən və 90-dan çox romanları olan Honore de Balzacın “Qorio ata” əsəri haqqında yazmaq istəyirəm. Bu elə bir mövzudur ki, oxuyan hər kəsin məncə qəlbinə sirayət etmişdir. 1834-cü ildə işıq üzü görən əsər o dövrün Fransasını, insanlarını, yaşam tərzini, kübar cəmiyyətlə aşağı təbəqənin bir-birinə təzadlığını özündə əks etdirir. Qorio ata öz ömrünü iki qızına qurban vermiş atadır. Atanın qızlarına olan sevgisi o həddədir ki, hətta sevgisinin tanrının dünyaya olan sevgisindən də üstün olduğuna inanır. Əvvəllər çox kasıb fəhlə olan Qorio sonralar varlı fabrikanta çevrilir. Əldə etdiyi bütün qazancla, var-dövlətlə qızlarının hər istəyini təmin edir. El deyimi ilə desək yemir yedizdirir, geyinmir geyindirir misalı. Var-dövlət bitəndən sonra isə atanı kasıb bir pansiona “Vokenin evi”nə göndərirlər yaşamağa, Necə deyərlər “bağda ərik var idi, salam əleyk var idi”. artıq kasıb ata onlara lazım deyildi. Ancaq ata ürəyindəki sevgi o qədər ifrat dərəcədədir ki, qızlarının etdiyi şöhrətpərəstliyi, iyrəncliyi görməzdən gəlir, çünki bu özünün yaratdığı rəsm idi və Qorio özünü bilə-bilə qurban verirdi. Dəyərindın artıq sevgi belə zərərdir. Bu övlad olsa belə. Eyni zamanda katorqalı Votreni də qeyd edim. ilk öncələr onun qocaya olan davranışını sevməmişdim. Hətta yemək yeyərkən Qorioya qapaz ilişdirməsi mənə çox pis təsir etmişdi. Amma oxuduqca onun həqiqətlərinə, həyat haqqındakı bəzi fikirlərə haqq qazandırdım. Votrenin deyimiylə desək, bu həyat, elə bir həyatdır ki, namusla heç vaxt varlı dolanmaq olmaz. Mütləq ki orada bir cinayət var. Bu əsərdə başqa bir obraz da var o da Ejen Rastinyakdır. Onun Fransanın kübar cəmiyyətində yüksək mövqe qazanmaq, diqqət mərkəzində olmaq istəyi həyatında bir sıra hadisələrə yol açır. Hansı
Edebiyat
Goriot BabaHonore de Balzac · Mercek Yayıncılık · 018,6bin okunma
10/10
·175 syf.··
Beğendi
·
2020 22. kitabı
Honore de Balzac
7.8/10 · 18,6bin okunma
...qadın öz məhəbbəti ilə kişini bezikdirmiş olursa, kişi yaxasını ondan uzaqlaşdırır, alçaq işlərə əl atır. Bütün hisslərin taleyi belədir. Qəlblərimiz xəzinədir: onu birdən-birə xərcləsəniz, dilənçi qalarsınız.
Sayfa 101
1000Kitap
Reklam