"ALJİR" sözü "Vətən xainlərinin həyat yoldaşlarının saxlanıldığı Akmol düşərgəsi" ifadəsinin rus dilindəki qarşılığının qısaldılmış formasıdır. Adından da göründüyü kimi, əsər 30-cu illər repressiyaları zamanı "Vətən xaini" adlandırılmış insanların həyat yoldaşlarının Qazaxıstanın Akmol düşərgəsində yaşadıqlarından bəhs edir. Onları "Vətən xaini" adlandıran dövlət 20 il sonra onlara bəraət verir. Sizcə də çox absurt deyilmi?
Əsəri çox bəyəndim, müasir Azarbaycan ədəbiyyatından ən bəyəndiyim əsərlərdən biri oldu.
Seriyanın əvvəlki kitabları kimi bu kitab da çox çox maraqlı idi. Yenə oxuduqca insanı müxtəlif ruh hallarına salmağı bacarırdı. İnsan bu seriyanı oxuyarkən özündən asılı olmadan gah gülümsəyir, gah da hüzünlənir.