Müsəlman mütəfəkkiri və tarixçisi İbn Xəldunun köçəri dövlətlərin yaranması və süqutu barədə maraqlı nəzəriyyələri var. O, Monqol imperiyasının çöküşünün onların Avropa sivilizasiyası ilə daha yaxından tanışlığı nəticəsində rifaha, eyş-işrətə hədsiz meyil etmələri, maddi və mənəvi resurslarının tükənməsi ilə başladığını qeyd edir. Monqollar tədricən döyüş əhvali-ruhiyyəsini itirdilər, ideologiyalarına olan inamları azaldı, onlara uğur gətirən, qələbələrini təmin edən düşüncələrini unutdular. Monqol imperiyası düşmən ordusunun həmləsi, yaxud dövlətin iqtisadi gücünü itirməsi nəticəsində dağılmadı. İmperiya daxildən çökdü, tədricən bir-biri ilə düşmənçilik edən kiçik dövlətlərə parçalanaraq dünyanın siyasi xəritəsindən silindi.
- Çox qəribədir, - deyə Kamilla dayanır. Qəribə olan nədir? - mən soruşuram.
- Gör sən gələcəyi düşünməyə və bununla bağlı narahat olmağa nə qədər vaxt sərf edirsən...
- Burada nə var ki? Axı gələcək naməlumdur. Nə olacağını bilmirsən, ona görə də narahat olursan.
- Haqlısan, gələcək həmişə naməlumdur, ancaq həmişə qorxulu deyil, - Kamilla deyir. - Gələcəyə baxma, indiyə bax. Bizə bax. Gələcək bax budur.
Lakin bir məsələ də var ki, gələcəyi heç bilmək olmaz. Uzaqdan baxanda insana bəzi şeylər qorxulu görünə bilər, ancaq nəyin necə olacağını heç birimiz bilmirik. Gələcək açılmamış bir sandıqdır və bu sandığın içində nələr olacağını düşünüb beyin yormağa dəyməz. Odur ki, yalnız bu günümüzü düşünüb, bu günümüzü yaşamalıyıq.