Samir Poladov

Samir Poladov
@Carpediem__book
Nəqliyyat
Master
Bakı
Ağdam, 1 Mayıs 1999
26 okur puanı
Ekim 2023 tarihinde katıldı
Həyatım və İşim
10/10
·294 syf.··
Beğendi
·
2025 28. kitabı
·
29 günde okudu
·
Okunma: 29 Temmuz 2025 22:46
Biografik kitablara qarşı fikrimi 180° dəyişdirən kitab — Henry Fordun "Həyatım və işim" əsəri. Yaxşı ki, oxumuşam dedim. Hər nə qədər ağır davam etsə də, bir ay boyunca mənim yol yoldaşım oldu. Bu müddət ərzində mənə çox dəstək verdi. Xüsusilə gələcəkdə bir şirkət sahibi olsam və ya hansısa şirkətdə rəhbər vəzifəsində çalışsam, insanlara – yəni işçilərə – necə yanaşmaq lazım olduğunu göstərən bariz bir nümunədir Ford. Unutmayaq: işçilər bizim düşmənimiz deyil, əksinə, dostlarımızdır. Böyük bir şirkətin ayaqda qalması, orada çalışan işçilərin zəhməti sayəsində mümkündür. Kaş ki, bütün rəhbərlər bu kitabı oxuyaydı... Məncə, o zaman bir çoxunun beynində belə bir sual yaranardı: “Etdiyim səhvləri indi dərk etdim, bəs onları düzəltmək üçün çoxmu gecdir?” Kitab Fordun uşaqlığında böyük bir maşın görüb ona heyran qalması ilə başlayır. Bu sevgi zamanla peşəyə, peşə isə uğura çevrilir. Əsər boyu o, bir iş qurarkən maliyyəni deyil, ilk növbədə bu işin cəmiyyətə necə faydalı olacağını düşünmək lazım olduğunu vurğulayır. Düzgünlük, sağlam məhsul və xalqa xidmət — bunlar varsa, pul özü sizə gələcək. Ən əsası isə – heç vaxt maliyyəni əsas məqsəd etməyin. Kitab yalnız biznes haqqında deyil, eyni zamanda müharibə, insanlıq, dostluq və insanın içindəki əsl “insanlıq” hisslərinə də toxunur. İşçilərlə münasibətdən tutmuş, Fordun qarşılaşdığı haqsızlıqlara, iftiralara, və bunlara rəğmən əsla geri çəkilməyib yoluna davam etməsinə qədər – hər şey bu kitabda yer alır. Nəticədə isə dünyaca məşhur “Ford” markası yaranır.
Edebiyat
Həyatım və İşimHenry Ford · Qanun Nəşriyyatı · 201884 okunma
Reklam
Üsyan
7/10
·200 syf.··
Beğendi
·
2025 27. kitabı
·
23 saatte okudu
·
Okunma: 06 Temmuz 2025 23:33
Hər səhifədə, hər abzasda, hər cümlədə heç kimin eşitmədiyi bir səs, daxilimdən mənə "Üsyan" edirdi. Rövşən Abdullaoğlu – “Üsyan” kitabı haqqında çox qısa fikirlərimi sizlərlə bölüşmək istəyirəm. Hər zaman Rövşən Abdullaoğluna qarşı bir qədər qərəzli fikirlərim olub. Hər dəfə bu kitabı mənə tövsiyə edəndə, “Oxumaram, inanmıram, oxuyacağam,” – deyə ötüşdürürdüm. Sonra kitabın daha da çox oxunmağa başladığını gördüm. Mən də düşündüm: “Görəsən, bu qədər oxunmasının səbəbi nədir?” – sualı ilə başlamaq istədim. Sağ olsun, əziz dostum Hüseyn, bu sualın beynimdə qalmasına imkan vermədi. Kitab sərgisində söhbət edəndə dedi: “Sənə bir kitab alacağam, istəyirəm oxuyasan.” Və həmin o kitab “Üsyan” idi. Kitab çox axıcı və motivasiyaedici cümlələrlə zəngindir. Kitabı əlinə alanda yerə qoymaq istəmirsən. Hər səhifədə yeni bir başlıq, və hər başlıqda yeni bir həyat – yeni bir həyat fəlsəfəsini anlamağa dəstək olan, seviləcək kiçik həcmli motivasiya kitabıdır. Kitabda çoxlu dahi şəxslərdən müxtəlif sitatlar gətirir, onları şərh edir və bizə qəliz görünən fikirləri daha sadə dillə çatdırır. Hər səhifədə sizi yeni bir yazar, yeni bir filosof və yaxud yeni bir hekayə gözləyir. Əvvəldə yazardan gələn bəzi ifadələr sizə çətin və qorxuducu görünsə də, Rövşən bəy onları sadə və axıcı dillə izah edir. Son fikirlərimi yekunlaşdırım: Kitabı sevdim. Axıcı və maraqlı idi. Amma məncə, hələ də Rövşən Abdullaoğlu haqqında qərəzli fikirlərimi tam dəyişdi deyə bilmərəm. Niyə belə düşündüyümü də deyim: Mən bu kitabda yazarın öz fikirlərindən daha çox, başqa yazarların fikirlərinin şərhini oxudum. Bu da məndə elə bir hiss yaratdı ki, sanki bu, Rövşən bəyin yox, başqa şəxslərin fikirlərinin izahıdır. Amma yenə də hesab edirəm ki, kitaba yeni başlayanlar üçün gözəl bir başlanğıcdır. Həm axıcıdır, həm
Edebiyat
ÜsyanRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 202290 okunma
Qisas ədalətdir yoxsa günah?
7/10
·80 syf.··
Beğendi
·
2025 12. kitabı
·
26 saatte okudu
·
Okunma: 05 Nisan 2025 08:36
“Qisas” kiçik həcimli olsa da, çox dərin psixoloji təsirə malik bir hekayədir. Əsər II Dünya Müharibəsində Almaniyanın Fransanı işğal etməsi və bu dövrdə alman zabitlərinin fransız xalqına qarşı göstərdiyi amansız münasibətlə başlayır. Alman zabiti Hans, fransız bir ailənin evinə yerləşdirilir və oradakı gözəl qız Annetə zorla sahib olur. Bu hadisə Annetin həyatını kökündən dəyişir. Ləkələnmiş bir qadın, işğalçının uşağını daşıyan bir ana – onun bundan sonrakı həyatı acı və iztirab doludur. Hans isə, zaman keçdikcə, Annetə qarşı izah edə bilmədiyi bir sevgi hiss etməyə başlayır. Lakin Annet bu sevgiyə qarşılıq vermir. Hans üçün bu rədd cavabı, onu ən çox yaralayan şeyə çevrilir. Hekayənin əsas sualı isə budur: Annetin ailəsi onu incidən bu adamı bağışlayacaqmı? Annet qisas ala biləcəkmi? Və ümumiyyətlə, qisas bir günahdırmı, yoxsa İlahi ədalət?
Edebiyat
QisasW. Somerset Maugham · Qanun · 0132 okunma
İftarı gözləyərkən
5/10
·176 syf.··
2025 5. kitabı
·
17 günde okudu
·
Okunma: 12 Şubat 2025 15:32
Kitabı mənə çox hörmət etdiyim, dəyərli bir kitabsevər yaxınım hədiyyə etmişdi və oxumağımı xahiş etmişdi. Kitabı hər dəfə metroda oxuyurdum. Yazarın qələmi çox axıcıdır və sadə dildə insanın mövzuları asanlıqla anlamasını təmin edir. Bəlkə də səhv vaxtda oxudum, ya da müəyyən qədər din mövzusunda fikirlərim fərqli olduğu üçün kitab məni Carpe Diem #k:ilqar İlqar Kamil 379331 diem__book bir az sıxdı, deyə bilərəm. Təbii ki, bu, şəxsi düşüncələrimdən irəli gəlir. Məncə, dindarlarımız bu kitabı çox bəyənəcəklər və onların ən sevdikləri kitab olacaq. Hər dəfə fərqli bir mövzu və yeni bir fikir aşılayır. Dinə aid bir kitab olmasına baxmayaraq, məncə, burada yalnız din yox, həm də insanlıq, fəlsəfə və digər mövzulara çox gözəl toxunulub və hər kəsin rahatlıqla anlaya biləcəyi şəkildə izah edilib.
Din
Həzrət Eşqİlqar Kamil · İrşad Nəşriyyatı · 202337 okunma