O kimin naminə özünü inandırmağa çalışıb ki, dünya heç də bizim zənn etdiyimiz qədər ədalətsiz deyildir? Mən bu inamı qırmağa cəsarət etmədim, onun xoş ümidlərini puça çıxarmaq istəmədim, hətta ona inandım da.
Bir saatdan sonra tapşırığı yerinə yetirmək üçün gedirəm. Çətin ki, sağ qayıdım. Bu mənim sonuncu məktubum, son sözlərimdir, ana! Sənə dərd gətirdiyim üçün məni əfv elə, amma bil ki, bu ağılsız fədakarlıq deyil. Fəxr edirəm ki, insanlar qarşısındakı ən yüksək borcumu yerinə yetirirəm. Ağlama, ana, qoy heç kəs ağlamasın.