Cərulla Heydər

Cərulla Heydər
Əsl məharət buludda idi, ancaq hərkəs yağışa şeirlər yazırdı...
#Zezé
10/10
·184 syf.··
Beğendi
·
2023 1. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Mayıs 2023 00:52
Kitab ad etibarı ilə nə qədər diqqəti cəlb edə bilər? Və ya Adı "Şəkər Portağalı" olan bir kitab nə qədər yaxşı ola bilər? Düşündüm və yanıldım. Həqiqətəndə böyük bir şah əsərdi. Əsər 6 yaşlı uşağın bağçalarındakı Şəkər portağalı ağacı ilə dostlaşmasından bəhs edir. Və bu yaşda uşağlar ağacla, heyvanlarla dostluğ etməsi normaldır. Bu ağac bağçamızdakı alça ağacını xatırlatdı mənə. Və əsərin əvvəlindən sonuna məndə o ağacla söhbət etdim. Baş qəhramanımız Zezeni heç kim anlamaq istəmir və sorğulamadan ailədə hərkəs onu döyür və uşağda bu travmalara, özünə qapılmalara kimi gətirir çıxarır. Sonda isə Portuga adlı dostunu itirir. Bununlada həyatdan soyuyur. Şəkər portağalı ağacını isə bələdiyyə kəsmək istəyir...
İnsan ve Duygular
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022274,9bin okunma
Reklam
sən ölməməli idin Lenni
8/10
·144 syf.··
Beğendi
·
2021 6. kitabı
·
13 günde okudu
·
Okunma: 16 Kasım 2021 00:14
Bir çox kitabda olduğu kimi bu kitabda da özünüzü baş qəhramanın yerinə qoyursuz. Əsərdə iki əsas şəxs var Corc və Lenni. Lenni çox saf olduğuna görə bir çoxumuz özümüzü onun yerinə qoya bilmərik. Biz elə olsağ, olsağ Corc olarıq. Corc həm ağıllıdı, həm yol yöndəm biləndi, həm də Lennini dost kimi çox sevir. Ondan bezsədə içində ona qarşı mərhəmət var. Çünki Lenni çox aciz adamdı. Onu oxuduqca ürəyin ağrıyır. Həyatda tək arzusu dovşanlarının olması idi. O da qismət olmur. Belə dostluğun sonu ölümlə bitəcəydisə gərək baş qəhraman kimi Corc da sonda intihar edəydi. Amma yazıçı bunu rəva bilməyib. Lenninin ölü bədənin atır gedir...
İnsan ve Duygular
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,3bin okunma
6/10
·355 syf.··
2021 4. kitabı
·
33 günde okudu
·
Okunma: 18 Eylül 2021 21:45
Kitab mənə Çərpələng uçuranı xatırlatdı. Orada da hadisələr uşağların gözündən canlanır. Amma kitabda çox təsir edici yer görmedim. Attikus iti öldürür, sonra zenci qətlə yetirilir, Jan Luizaya hücum olunur amma qatil özü müəmmalı şəkildə ölür. Yəni əsər bir növ yazarın sanki uşaqlıq xatirələrindən bəhs edirdi. Çox istədimki əsərdə qırılma yeri olsun və dayanmadan oxuyum. Amma olmadı. Əsər yekun etibarı ilə insanları mehriban olmağa səsləyir və elədidə. Məsələn Jan luizanın nitqi atasını öldürməyə gələn qolu zorluların əlindən xilas edir. Təqdirə layiqdir. Amma istərdimki Zəncinin ölümünə və ya əsərdə Boo Radleyi daha ön plana çəkə bilərdi. Amma əsər edə biləceyindən daha azını edib. Yenədə oxumağa dəyər
Ah İnsanlar
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201988,5bin okunma
7/10
·287 syf.··
Beğendi
·
2021 1. kitabı
·
44 günde okudu
·
Okunma: 06 Ocak 2021 16:15
Roman Sabahattin Alinin üç romanın içində yaratdığı kişi obrazlarına baxarsaq Yusuf ən cəsarətlisidi. Yusuf ilk başda etməli olduğu şeyleri sonda edir amma edir ən azından. İçimizdəki şeytanda və Xəz paltolu madonnada bu belə deyil. Yenə sevdiyinə sahib çıxa bilmir yaratdığı bu obraz amma onu qorumağ üçün gecde olsa nə isə edir. Amma bu onların məsut yaşaması üçün gec idi. Əsərin sonunda Yusuf canına qəsd etsəydi bu obraz daha böyük ola bilerdi. Amma Yusuf uzaqlara qaçır keçmişini unudub yeni həyata başlamağı seçir
Sabahattin Ali
Sabahattin Ali
Quyucaqlı Yusuf
Quyucaqlı Yusuf
Cərulla Heydər
Cərulla Heydər
İlişkiler
Quyucaqlı YusufSabahattin Ali · Qanun Nəşriyyatı · 2020210,3bin okunma
Puan vermedi·104 syf.··
Beğendi
·
2020 29. kitabı
Yazarın bir çox əsərlərində olduğu kimi bu əsərindədə özündən başqa hərkəsi düşünür. Böcəyə çevrilməsinə baxmayaraq ailəsin düşdüyü çətin vəzyəti xatırlayır və o halında belə işə gedəcəyinə söz verir. Əvəzində isə ailəsi nə edir? Onun işliyə bilmədiyini görür onu ac susuz buraxır. Və nəticədə zəifliyərək ölür. Bundan belə məna çıxarmaq olarki Qreqor ailəsi üçün işlək maşından bir fərqi yoxuydu. O işlədikcə hər şey yolunda idi. Böcəyə çevrildikdə isə heç kəsə lazım olmadı. Hətta anasına belə. Və sonda ölən Qreqoru süpürüb zibilliyə atırlar. Heç yoxmuş kimi heç yaşamamış kimi
İlişkiler
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019267,4bin okunma
Reklam