İçində böyüdüyüm dünya ilə, bu gün içində yaşadığım dünya və bunların ikisi arasındakı dünya mənim anlayışıma görə tamamilə fərqli dünyalara çevrilib, get-gedə bir-birindən ayrılırdılar.
“Onun fikrincə, artıq neçə illər idi bütün dünyanın başı üstündə bayquş ulayırdı və bu bayquş faşizm idi ki, neçə-neçə xalqlara bədbəxtliyin ən böyüyü olan müharibəni gətirmişdi...”
..Ancaq sənin o “müharibə qanunları” sözün indi ilk dəfədir ki, mənə çox qəribə gəldi. Mənim fikrimcə, “müharibə qanunları” deyilən bir məfhum olmamalıdır. Çünki müharibənin özü tamamilə qanunsuz bir şeydir.”