İçində böyüdüyüm dünya ilə, bu gün içində yaşadığım dünya və bunların ikisi arasındakı dünya mənim anlayışıma görə tamamilə fərqli dünyalara çevrilib, get-gedə bir-birindən ayrılırdılar.
“Bizim gələcək xoşbəxtliyimizi yenidən çox-çox əzab çəkməklə əldə etmək lazımdır; onu yeni-yeni əzablarla satın almaq lazımdır. Hər şey əzabla təmizlənir..”
“O sanki qeyri-ixtiyari olaraq cəld bir hərəkətlə, rütubətli çən içərisində titrəyə-titrəyə parıldayan fənərlərlə zəifcə işıqlanmış küçəni,çirkli evləri, rütubətdən işıldayan səkiləri, əyin-başı islanmış, qaşqabaqlı, acıqlı adamları, sanki tuş tökülmüş Peterburq göyünün qara qübbəsilə əhatə olunmuş bütün bu şeyləri mənə göstərdi... ”
Bu təsvir o qədər xoşuma gəldi ki..
“Herkes kızabilir, bu kolaydır. Ancak doğru insana, doğru ölçüde, doğru zamanda, doğru nedenle ve doğru şekilde kızmak, işte bu kolay değildir.„
ARİSTO, Nikomakus Etiği
həyat iztirablarla dolu hekayələrə çevrilirdi. Bir-birinin eyni olan günlərin fərqli yerdən iztirab gətirməsi boyayırdı rəngli səhifələri qaraya..
Xalqımın repressiya illərində çəkdiyi ağrılı hadisələrindən biri olan “Aljir”, yaşamaq ümidinin əlindən alındığı ziyalılarımızın ailə üzvlərinə, xanımlarına, elimizin qadınlarına həsr olunub.
Əsərin verdiyi təsiri sözlərə sığdırmağı bacarmaram.
Qara siyahıya bəyaz rənglə adları yazılan düşünən beyinlərimizin qara taleyləri onları Qazaxıstanın Alkmol düşərgəsinə apardı. Əslində həyatın mənası, yaşamaq duyğusu burda sorğulandı:
“Arzulamaq və iztirab çəkmək üçün yaşamaq istəyirəm...”
İztirab çəkən qadınlarımızın başına olmazın bəlaları gəlir və düşünürəm ki, yazarın yazdığı özbaşınalıqlar, yaşanan həyat hekayələri buz dağının sadəcə görünən bir parçasıdır..
Emosiyalarıma hakim ola bilmədiyim, ağladığım və bəzən də oxumağa ürək etmədiyim bir əsər idi, gec bitirməyimə səbəb məncə budur.
Övladı əlindən alınmış ananın həyatı necə yaşamağa dəyər ola bilər ki? Hətta gələcəkdə övladından “xəyanətkarlıqda günahkar” damğalı məktub almışsa ?
Necə deyərlər, yaşamağın intihar olduğu yerdə, intihar lüzumsuz qalıb..
ALJİR – Siyasi Repressiyalar və Totalitarizm Memorial Kompleksi 2007-ci il mayın 31-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə açılıb və fəaliyyət göstərir.
17 min günahsız məhkumluq həyatı yaşayan qadınlardan 44nün azərbaycanlı olduğu məlumdur. Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba qızlar seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla ziyalı qadın bu amansız siyasətin qurbanları olmuşlar..
@ÜlviyyəTahirə yaradıcılığında uğurlar arzulayır, tarixi səhifələrimizə işıq saldığına görə təşəkkür edirəm.