Jack London #k:201511. Cek Londonun “Martin İden” əsəri başqalarını yazıçı, yazar edəcək qədər qüdrətli romandır. Bu elə bir romandır ki, həm sadə həm qəliz, həm kədərli həm sevincli, həm aydın həm də qarışıq əsərdir. Martin İdenin cəmiyyətə göstərmək istədiyi başlıca davranış insanlığın puldan, var dövlətdən öndə olmasıdır. Sonunda özünə qəsd etməsi var dövlətə meyli olan kəslərə vuracağı ən böyük zərbə idi. Çünki özünə qəsdlə acgözlərə “bundan (puldan) ötəri vicdanınızı satırsız, şəxsiyyətinizi qurban verirsiz” demişdir. Bu əsər dünya ədəbiyyatının şedevridir. Mənim bəyəndiyim ən böyük üç əsərdən Fyodor Dostoyevskinin “Cinayət və cəza”, Viktor Hüqonun “Səfillər” romanlarından birinci gəlir Cek Londonun “Martin İden” romanı. Hər kəsə bu kitabı oxumağı tövsiyyə edirəm.