Salman Rüşdi'nin oxuduğum ilk romanı olan bu kitab gözləntilərimin üzərində bir təəssürat yaratmağı bacardı.
Roman Hindistanın Bombay (Mumbay) şəhərində Xristian-Portuqal tacir ailəsi olan Da Gama'ların qarmaşıq keçmişi ətrafında şəkillənir. Bombay şəhərinin bu kozmopolit mühitində ötən əsri tam əhatə edən bu hekayə ailə içi intriqalar, eşq, sənət, siyasət və dini kimliklər kimi mövzularla iç-içə irəliləyir.
Ədviyyat ticarəti ilə məşğul olan Da Gama'ların varisi Auroranın özündən yaşca böyük, Malabar yəhudilərindən olan Abraham Zogoiby'ə aşiq olması, dünyaya gələn sonuncu övladları Moraes Zogoiby'nin dilindən danışılan bu hekayənin təməl daşlarından biridir. Nə qədər kozmopolit olsa da, Bombayın sosial həyatında səs gətirəcək olan bu eşqin meyvəsi Moraes sağ əli deformasiyaya uğramış halda dünyaya gəlir. Daha sonra vaxtından daha sürətlə yaşlanan bir bədənə sahib olduğunun fərqinə varır.
Atası Abrahamın Da Gama şirkətinin başına keçib bir müddət sonra şirkəti böyük bir holdinqə çevirməsinin, həm ticari zəkasına həm də Hindistan'ın qaranlıq tərəflərində güclü bir aktyor olmasına borclu olduğunu roman irəlilədikcə görürük. İngilis idarəsi sonrası Hindistan'ın şəkillənməsi, Bombay şəhərinin Hindistanın bağrında qərb mədəniyyətinin paytaxtı kimi daha da budaqlanmasını gördüyümüz bu romanda həmçinin sosial və siyasi toqquşmaların da şahidi oluruq. Moraes'in də iştirak etdiyi bu prosses kimlik böhranı yaşadacaq qədər fərqli bucaqlardan təsiri olan bir keşməkeşdir.
"Mainduck" Raman Fielding personajının Hindu milliyyətçiliyini istifadə edərək xalqı "birləşdirmək" hədəfinin qaranlıq tərəflərini, terror və sui-qəsdlərin saysız hesabsız olduğu bir transformasiya dövrünü əla təsvir edən Rüşdi, çoxmillətli və fərqli inanclara sahib Hindistan Ananın ümumi politik vəziyyətini belə