Bəzi məhbuslar rüşvət hesabına gecələrini və günlərinin çoxunu evdə keçirir, “yatdıqları” həbsxanaya isə yalnız arada bir gəlirdilər. Vali paşa çörək oğurlamış kasıb məhkumlar nəmli zindanlarda çürüyərkən daha böyük cinayətlər etmiş bu qoçuların küçədə gəzməklərinin ədalət duyğusunu zədələdiyini deyərdi. Belə vaxtlarda Paşaya onsuz da bildiyi gerçəkləri xatırlatmağı özünə vəzifə etmiş katib Faiq bəy qvardiyaçıların maaşının beş aydır ödənmədiyini, məhkumiyyətini evində keçirən Əmrullah ağanın bir çox həbsxana işçisinə pul yardımı etdiyini, limana baxan koğuşlara pəncərə şüşəsini onun taxdırdığını, həbsxanaya hər gəlişində kənddən zeytun yağı, əncir qurusu, yumurta gətirib payladığını və girişdəki yıxıq divarı özü öz puluyla öz adamlarına təmir etdirdiyini xatırladırdı.