Bəzi məhbuslar rüşvət hesabına gecələrini və günlərinin çoxunu evdə keçirir, “yatdıqları” həbsxanaya isə yalnız arada bir gəlirdilər. Vali paşa çörək oğurlamış kasıb məhkumlar nəmli zindanlarda çürüyərkən daha böyük cinayətlər etmiş bu qoçuların küçədə gəzməklərinin ədalət duyğusunu zədələdiyini deyərdi. Belə vaxtlarda Paşaya onsuz da bildiyi gerçəkləri xatırlatmağı özünə vəzifə etmiş katib Faiq bəy qvardiyaçıların maaşının beş aydır ödənmədiyini, məhkumiyyətini evində keçirən Əmrullah ağanın bir çox həbsxana işçisinə pul yardımı etdiyini, limana baxan koğuşlara pəncərə şüşəsini onun taxdırdığını, həbsxanaya hər gəlişində kənddən zeytun yağı, əncir qurusu, yumurta gətirib payladığını və girişdəki yıxıq divarı özü öz puluyla öz adamlarına təmir etdirdiyini xatırladırdı.
-Burda sənlə razı deyiləm. “Bacarana baş qurban”
kəlməsi heç vaxt haqq-ədalət olan yerdə işlədilməyib. Bu söz haram yeyən bəzi ticarətçilərin sözüdür. Etiraf edim ki, zəhləm gedir bu kəlmədən.
ƏDALƏT HAKİMİYYƏTİNİN müstəqilliyi Mən, Sən və Onun üçün iş yerləri deməkdir. Necə?
- Tutaq ki, Mən (Sən, O) hardasa xırda bir biznes qurmağa çalışıram. Məsələn, qanuni şəkildə kitab satışı ilə məşğul olan mağaza açıram. Bu zaman gəlib Mənə (Sənə, Ona) heç bir məmur maneçilik edə bilməz. Çünki Məhkəməyə verib adamı dərhal cəzalandıra bilirəm.
- Yaxud mağazam inkişaf etdikcə hansısa bir iribuynuzlu məmurun gözü düşür Mənim mağazama müxtəlif inzibati təzyiqlərlə bu biznesi əlimdən almağa çalışır. O bunu edə bilməz, çünki həmin iribuynuzlu məmur bilir ki, Məhkəmə ədalətli şəkildə işləyir və onun vecinə deyil ki, cavabdeh nazirdir, yaxud prezidentdir. ƏDALƏT HAKİMİYYƏTİ üçün bunun heç bir fərqi yoxdur. Adam qanunu pozubsa, Mənə qarşı təzyiq göstəribsə, dərhal cəzalandırılacaq.