Fatimə

Fədək məsələsi
Xəlifəni Peyğəmbər (s)-in qızının sözünü təsdiq etməyə qoymayan iş məhz Ibni Əbil-Hədidin öz ustadı və Bağdadın müdərrisi Əli ibni Fardan nəql etdiyi mətləbdir. O, deyir: Mən ustadıma dedim:–Zəhra öz iddiasında doğru idimi? Dedi:–Bəli. Dedim:–Xəlifə onun düzdanışan bir qadın olduğunu bilirdimi? Dedi:–Bəli. Dedim:–Nə üçün xəlifə onun danılmaz haqqını özünə qaytarmadı? Bu vaxt ustadım gülümsəyib vüqarla dedi:–Əgər o gün onun sözünü qəbul edərək doğru danışan bir qadın olduğuna görə şahid istəmədən Fədəki ona qaytarsaydı, sabah bu mövqedən öz əri Əlinin xeyrinə istifadə edib deyəcəkdi ki, xilafət Əliyə məxsusdur. Bundan sonra da xəlifə çıxılmaz vəziyyətdə qalıb xilafəti Əliyə tapşıracaqdı. Çünki, onu (özünün bu işi ilə) doğruçu bilirdi, lakin münaqişəyə son qoyulsun deyə, onu öz danılmaz haqqından məhrum etdi.
Sayfa 110·Kitabı okudu
İmam Ali a.s.
Reklam
Çox işləmək yaxşı işləmək deyil
Çox işləmək heç də məhsuldar işləmək demək deyil. Bəzən insan çox işləyir, ancaq gücünü, zamanını düz- gün tənzimləmədiyinə görə faydalı iş əmsalı çox aşağı olur.
Sayfa 27·Kitabı okudu
Zaman
Qədir-Xum
Bu vaxt Peyğəmbər Əli (ə)-ın əlindən tutub yuxarı qaldırdı, o qədər qaldırdı ki, onun qolunun altı hamıya göründü. Hamı Əli (ə)-ı Peyğəmbər (s)-in yanında görüb tanıdı. Onlar dərk etdilər ki, bu yığıncaq Əli (ə)-a aid olan bir məsələ barəsindədir. Hamı xüsusi bir maraqla Peyğəmbər (s)-in sözlərinə qulaq asmağa hazırlaşdı. Peyğəmbər buyurdu:–Ey camaat! Möminlərə qarşı onların özlərindən də artıq ixtiyar sahibi olan kimdir? Peyğəmbər (s)-in səhabələri dedilər:–Allah və Onun Peyğəmbəri daha yaxşı bilir. Peyğəmbər buyurdu:–Allah mənim mövlam, mən də möminlərin mövlasıyam və onlara, onların özlərindən artıq ixtiyar sahibiyəm. Ey camaat, mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir. Peyğəmbər axırıncı bu cümləni üç dəfə təkrar edib sonra belə dua etdi: "Pərvərdigara, Əlini sevən hər kəsi sev, Əli ilə düşmənçilik edən hər kəsə düşmən ol! Ilahi, Əlinin dostlarına kömək, düşmənlərini xar və zəlil et. Pərvərdigara, Əlini haqqın mehvəri qərar ver!
Sayfa 64·Kitabı okudu
İmam Ali a.s.
Bismilləhir Rahmənir Rahim
Puan vermedi·144 syf.··
2024 9. kitabı
·
7 günde okudu
·
Okunma: 07 Mayıs 2024 12:40
Çox gözəl kitab idi. Mən özüm Malkolm X haqqında eşitmişdim amma onun həyatı haqqında məlumatım yox idi. Kitabı oxuyanda çox təəccübləndim. Çünki Malkolm X ın həyatının bu qədər enişli-yoxuşlu olacağını təsəvvür eləmirdim. Və keçmişdə elədiklərinə rəğmən İslamı qəbul etməsi və insanlıq uğrunda bu qədər çalışmağı həqiqətən heyrətamizdi. Ən çox diqqəti cəlb edən isə o oldu ki Həcc ziyarətindən qayıdandan sonra səhv düşüncədə olduğunu qəbul etdi. Və ondan da əvvəl Elayca Məhəmməd ilə yollarını ayıranda varisliyin ona keçməyəcəyindən heç çəkinməmişdi. Yəni nəfsi ilə mübarizədə - ən böyük cihadda qalib gəlmişdi...
İslam
Malkolm XRecep Şentürk · Parlaq imzalar · 01,122 okunma

Fatimə

, bir kitap okudu
Puan vermedi·144 syf.··
7 günde okudu
·
2024 9. kitabı
Recep Şentürk
8.9/10 · 1.122 okunma
Reklam